Əsas səhifə Biznes Elon Muskın 1995-dən 2015-ci ilə qədər etdiyi investisiyalar və yaratdığı şirkətlər

Elon Muskın 1995-dən 2015-ci ilə qədər etdiyi investisiyalar və yaratdığı şirkətlər

682
Paylaş

Texnologiya və iş dünyasının öndə gedənlərindən biri olan Elon Musk indiyə kimi hansı şirkətləri qurub və hansı şirkətlərə investisiya edib? 

1. Zip2 Corporation Muskın 1995-ci ildə qurduğu ilk şirkət idi.

Stanford Universitetinin Fizika fakültəsində təhsilini yarımçıq buraxaraq yaratdığı bu şirkət internet qəzetlərini xəritə və iş yeri adresi ilə təmin edirdi. 1999-cu ildə Musk bu şirkəti Compaq adlı şirkətə 307 milyon dollar qarşılığında satdı. Bu məbləğ həmin dövrdə internet şirkətini satın almaq üçün ödənilən ən yüksək vəsait idi.

2. 1999-cu ildə x.com-u yaratdı.

Zip2-i satdıqdan sonra satışdan aldığı məbləğin 10 milyon dollarıyla online maliyyə xidməti şirkəti olan X.comu yaratdı. Daha sonra bu şirkəti Paypalla birləşdirdi. Ancaq sonradan Musk şəxsi səbəblərə görə idarə heyətindən qovuldu. 2002-ci ildə Paypal Ebay tərəfindən satın alındı.

3. 1998-də qohumu ilə bərabər Everdream Corporation adlı texnologiya şirkəti yaratdı. 

Elon Musk və qohumu Lydon Rive-ın qurduğu bu şirkət kiçik bizneslər üçün masaüstü idarə xidmətləri göstərirdi. Rive və ekiz qardaşı Russ şirkəti 2007-ci ildə Dellə satdılar.

4. Musk 2002-də hamımızın tanıdığı SpaceX şirkətini qurdu.

SpaceXin dünyanın ən önəmli layihələrindən biri olduğunu Musk bu cür açıqlayır:

“Dünyada tək hüceyrəli yaşayış, bitkilərin inkişafı və daha sonra heyvanların təkamülü kimi dövrlər yaşandı. Bu zaman kəsiyində başqa bir planetdəki yaşayışı araşdırmaq sudan quruya keçişi incələməkdən daha faydalıdır.”

Hədəfində çatmaq üçün Musk Kaliforniyada raketləri daha ucuz hazırlamaq üçün bir şirkət qurdu. 2012-ci ildə Beynəlxalq Kosmos Stansiyası ilə Dünya arasında yük daşıyan ilk ticari yönümlü kosmik nəqliyyat olan SpaceXin Dragonu oldu. Musk Dragonlarla kosmosa insan göndərmək və orada bir həyat qurmaq istəyir.

5. 2002-ci ildə qardaşı Kimbal ilə Musk fondunu yaratdı

Fondun məqsədi tükənməz enerji, kosmik kəşflər, elm və mühəndislik sahələrində təhsil, uşaq xəstəlikləri kimi mövzularda araşdırmalar etmək üçün dəstək ödəmələri etməkdir. Muskın bu fondu indiyə kimi 753.700 dollar yardım edib.

6. 2004-cü ildə elektrikli avtomobillər istehsal edən Tesla motorsa investisiya etdi.

Tesla Motors 2003-cü ildə Martin Eberhard və Mare Tarpenning tərəfindən qurulmuşdu. Musk şirkətə çox böyük investisiyalar etdi daha sonra da idarə heyətinə daxil oldu. Şirkətin istehsal etdiyi ilk avtomobil Roadser hərkəsin ağlını başından almışdı. Çünki bu avtomobil 4 saniyədən az bir müddətdə 0-dan 96 kmə çata bilir və sadəcə bir dəfə enerji yığmaqla 400 km yol qət edə bilirdi. 2008-ci ildə Musk şirkətin CEO vəzifəsinə qədər yüksəldi.

7. Technology şirkətində də hissə sahibidir

2005-ci ildə Surrey Satellite Technology şirkətinin 10 faizlik bir hissəsini satın aldı. Bu şirkət kosmik peyklər istehsal edir.

8. Günəş enerjisi ilə bağlı çalışan Solar City-ə investisiya etdi

Musk yaşıl texnologiyanın ən böyük tərəfdarlarından biridir. 2006-cı ildə qohumları Lydon və Peter Rive ilə birlikdə qurduqları Solar City-ə çox böyük məbləğdə yatırımlar etdilər. Solar City ölkənin ən böyük günəş enerjisi üçün panel istehsal edən şirkətidir.

9. 2007-ci ildə Nə necə düzəldir videoları paylaşan Mahalo adlı sayta investisiya etdi

Mahalo başlanğıcda istifadəçilərin suallarına cavab verən bir sistem kimi qurulmuşdu. Ancaq google’la rəqabətə dözə bilməyən şirkət çökdü. Daha sonra original nə necə yaradılır tərzli videolarla öz strategiyasını dəyişdirdi. Hətta 2011-ci ildə Elon Muskla videolar belə hazırladı.

10. Twitter, Facebook kibi internet tətbiqlərinin hər yerdə ödəmə qəbul edəbilməsini təmin edən Stripe’a investisiya etdi. 

Online ödəmə şirkəti olan Strpe-ın bazar dəyəri 5 milyard dollara yaxındır.

11. İşlər hər zaman uğurlu alınmayıb, bəzi uğursuz yatırımlar da olub. Bunlardan biri də 2012-ci ildə müflis olan DNA Şirkəti Halcyon Molecular Incdir.

DNA-dakı gizli qalan sirləti kəşf etmək üçün yaradılan şirkət 4 il sonra bağlandı.

12. Teslaya həsr olunan muzeyə investisiya…

Nyu Yorkda Nikola Teslaya həsr edilən muzeyə 2014-cü ildə 1 milyon dollar vəsait bağışladı.

13. Süni intellektlə arası yaxşı olmasa da Elon Musk Vicarious adlı şirkətə investisiya edir.

Artıq hər kəs Elon Muskın süni intellektə güvənmədiyini bilir. Ancaq buna baxmayaraq 2010-cü ildə qurulan Vicarious adlı şirkətə 40 milyon dollar investisiya etdi.

14. Muskın digər süni intellekt investisiyası isə DeepMind Technologies şirkətidir.

2014-də Google satılan DeepMind Technologiesın hədəfi güclü və çox məqsədli komputer alqoritmaları yaradaraq insan zəkasının üstünü açmaqdır.

15. 2013-cü ildə yüksək sürətli nəqliyyat sistemi olan Hyperloopun əsasını qoydu.

Hyperloop insanları kapsullar içində saatda 800 km sürətlə hərəkət etdirən bir sistemdir.