Milyarder Elon Musk “Tesla”nın Çində keçirilən açılış mərasimində rəqs edib.
Qeyd edək ki, bu, şirkətin ABŞ hüdudlarından kənarda ilk zavodudur və orada ildə 250 000 Model 3 sedanı və Model Y krossoveri istehsal etmək planlaşdırılır.
Tesla”nın Şanxay şəhərində açılan bu yeni zavodunda şirkətin qurucusu və rəhbəri Elon Musk rəqs etməsi ilə diqqət mərkəzində olub. O, pencəyini çıxarıb və oynamağa başlayıb.
Sonra rəqs videosunu öz Twitter-ində yerləşdirib və qeyd edib: “Tesla”nın Şanxaydakı nəhəng zavodunda! İşdə baxmaq təhlükəlidir!”
Mərasimə toplaşanlara müraciətində Musk bildirib ki, Model Y-yə tələb digər Tesla modellərindən daha çox olacaq və sözlərinə əlavə edib: “ Çinlə bağlı başqa böyük planlarımız var – burada dünya üçün tam yeni avtomobil hazırlayacaq dizayn mərkəzi açmaq”.
Qeyd edək ki, 2019-cu ilin noyabrında Musk yeni dördüncü nəhəng fabrikin Berlində inşa ediləcəyini bildirib. Artıq 2021-ci ildən zavodda Tesla Model 3 və yeni Model Y kompakt yolsuzluq avtomobilləri istehsal ediləcək. Berlində şirkət həmçinin, dizayn mərkəzi yaradacaq və Tesla avtomobillərinin layihələndirilməsini həyata keçirəcək.