Əsas səhifə Xəbərlər Xarici xəbərlər Elon Musk “Cybertruck” pikapını geyim trendinə çevirib

Elon Musk “Cybertruck” pikapını geyim trendinə çevirib

84
Paylaş

Tesla şirkəti məşhur “güllə keçirməyən” Cybertruck pikapının təqdimatı zamanı, maşına atılan metal şarın zərbəsindən çatlayan şüşəsinin şəkli olan köynəklər buraxıb. Onları 35 dollara şirkətin internet-mağazasından əldə etmək olar.

Köynəklərin arxa hissəsində isə pikapın loqotipti əks olunub.

Qeyd edək ki, şirkət sözügedən futuristik dizaynlı elektrik pikapını 2019-cu ilin noyabrında təqdim edib. Şüşələri zirehli olsa da təqdimat zamanı Teslanın baş dizaynerinin atdığı metal topun zərbəsi nəticəsində çatlamış, amma sınmamışdır.