Elon Musk: “Sahibkar olmaq ölümcül bir uçuruma baxarkən şüşə çeynəmək kimidir”

Date:

Paylaş:

İyun ayının 28-də Elon Musk 48-ci ad gününü qeyd etdi. Xatırladaq ki, Elon Musk PayPal, SpaceX, Tesla və bir sıra digər elmi-fantastik (yaxşı mənada) startapların təsisçisidir. 

Biznesin qurulması haqda

Biznesin qurulması və inkişaf elətdirilməsi yenilik, onun arxasında duran insanların qətiyyəti və satdıqları məhsul deməkdir. 

Şirkət dedikdə, xidmət və ya məhsul yaratmaq məqsədilə təşkil edilmiş qrup nəzərdə tutulur. Bu qrupa daxil olan insanlar nə qədər yaxşı olsalar, şirkət də bir o qədər uğurlu olar. Rəhbərlik etdiyim şirkətlərdə istedadlı insan çoxdur, mən sadəcə onların simasıyam. 

CEO-nun ofisinə gedə yol, maliyyə direktorunun kabinetindən və ya marketinq şöbəsindən keçməli deyil. O, inkişaf və dizayn şöbələrindən keçməlidir. 

Əks əlaqə olduqca vacibdir, siz hər zaman etdiyiniz və edə biləcəyiniz şeyləri düşünməlisiniz. 

Brend sadəcə bir qavrayışdır. Zamanla hər bir qavrayış reallıqla üst-üstə düşür. Hər halda, məhsulun kollektiv təəssüratından artıq bir şey deyil.

Bir şirkət satışını planlaşdırmağın yaxşı bir fikir olduğunu düşünmürəm.

Mürəkkəb bir işi yerinə yetirmək üçün çoxlu işçi götürmək lazım deyil – onlar istedadın yoxluğunu kompensasiya edə bilməyəcəklər (heç nə bilməyən iki nəfər birindən yaxşı deyil). Bu, irəliləməni ləngidir və istənilən bir işi inanılmaz dərəcə baha edir. 

Məqsədin nə olduğunu və nəyə bağlı olduğunu başa düşdükdə insanlar daha yaxşı işləyirlər. Onlar səhər işə gəlməyə can atmalı, etdikləri işdən zövq almalıdırlar. 

İstehlakçılara təklif etdiyiniz məhsul cəlbedici olmalıdır ki, biznesinizin böyümə potensialı böyük olsun. Belə olan halda insanlar məhsula daha çox pul ödəməyə hazır olurlar. Məsələn, Apple şirkətini götürək. Siz daha ucuz telefon və ya noutbuk ala bilərsiniz, lakin Apple-in istehsal etdiyi məhsullar rəqiblərini o qədər üstələyir ki, insanlar daha çox pul ödəməyi üstün tuturlar. 

Həmişə yaratdığım şirkətlərə öz pulumu qoyuram. Düşünürəm ki, başqalarının pulundan istifadə etmək düzgün deyil. Əgər özüm yatırım etməyə hazır deyiləmsə, başqalarından da sərmayə etməyi xahiş etməyəcəyəm. 

Ən böyük səhvim insanların şəxsi keyfiyyətlərinə deyil, istedadlarına bahis etməyim olub. Vaxt keçdikcə başa düşdüm ki, insanın təmiz ürəyə sahib olması həqiqətən də vacibdir.  

Mən prosesə inanmıram. Potensial işçi mənə deyəndə ki, əsas məsələ prosesdədir, bunu həyəcan verici bir işarə olaraq görürəm. Problem ondadır ki, bir çox şirkətlərdə proses düşüncəni əvəz edir. Düzünü desəm, prosesə əhəmiyyət verən insanlar adətən çox ağıllı və ya yaradıcı deyillər. 

Özünüzü aldatmayın. Əgər iş prosesində hər hansısa nasazlıq varsa, onu həll etmək lazımdır. 

MBA təhsilli mütəxəssisləri işə götürməyin. Bu proqramlar insanlara şirkət yaratmağı öyrətmir. 

Çox işləyin. Siz biznesinizə həftədə 80-100 saat vaxt ayırmalısınız. Əgər başqaları 40 saat, siz isə 100 saat işləyirsinizsə, rəqiblərinizdən qat-qat öndə olacaqsınız. 

Vençur kapital cəlb etmək istəyirsinizsə, istehsal etdiyiniz məhsulu bacardığınız qədər yaxşı təqdim etməlisiniz. İlk olaraq onu real istehlakçılara satmağa çalışın. Bu işdə nə qədər irəli getsəniz, investisiya cəlb etmək şansınız bir o qədər yüksək olacaq. 

Əgər artıq formalaşmış bazara çıxırsınızsa, məhsulunuzun keyfiyyətinə görə rəqiblərinizdən qat-qat üstün olmalısınız. Əgər aradakı fərq çox olmasa, istehlakçı sınanılmış brendə üstünlük verəcəkdir. 

İnsanlar Honda Civic elektrik avtomobilini 60 min dollara almaq istəmirlər, amma 90 min dollarlıq elektro-sportkar almağa razıdırlar. 

Texnologiyalar və sıçrayışlar haqqında

Bəzi insanlar dəyişikləri sevmir. Əgər dəyişikliyin alternativ variantı fəlakətdirsə, onu qəbul etmək lazımdır. 

İlk olaraq nəyinsə mümkün olduğunu başa düşməyiniz lazımdır. 

Henry Ford ucuz, etibarlı avtomobillər təqdim etdikdə, insanlar deyirdilər: “Ola bilməz, ata nə gəlib ki?”. O, risk etdi və nəticə aldı. 

Yüz il geriyə dönsəniz, bu gün sahib olduğumuz çox şey gözümüzdə sehr kimi görünərdi: uçmaq, bir-birimizlə uzaq məsafədən danışmaq, istənilən anda istədiyimiz məlumatı əldə etmək imkanı və s. 

Yeni texnologiyanın bazara çıxması üçün iki şey tələb olunur. Birincisi, böyüdülə bilən iqtisadiyyat. İkincisi, dizayn dəyişikliyi. 

Adətən sıçrayış kiçik bir yeniliyə bağlı olur. 

Ən vacib şeylər artıq yaradılıb. Əlbəttə ki, yeniliklər hər zaman olacaq. Lakin dünya torunun ən böyük problemləri artıq çoxdan həll edilmişdir. 

Niyə Space Shuttle nümunə sayılır? Əgər nədəsə uğur əldə edə bilmirsinizsə, ruhdan düşməyin və gücünüzü bir daha sanayın. Hər kəs belə düşünsəydi, elektrik lampalar ixtira olunmazdı. 

Uğurun fəlsəfəsi haqda

Əgər həqiqətən də vacib bir şey tapmısanızsa, şansınız sizin xeyrinizə olmasa belə bunu etməlisiniz. 

Mən həmişə nikbin olsam da, realistəm. Tesla və ya SpaceX şirkətlərini təsis edəndə uğur gözləmirdim. Sadəcə qərara gəldim ki, bu iki layihəni həyata keçirmək mənim üçün olduqca vacibdir. 

Səhər qalxmağın və yaşamaq istəyin səbəbləri olmalıdır. Niyə yaşamaq istəyirsən? Mahiyyət nədədir? Sizi nə ilhamlandırır? Gələcəkdə nəyi sevirsən? Gələcəyin daha yaxşı olacağı düşüncəsi ilə səhər oyanırsınızsa, sizi parlaq bir gün gözləyir.

Qətiyyət vacibdir. Məcburiyyət olmasa, təslim olmamalısınız. 

Uğursuzluqların qəbuledilməz olduğu barədə axmaq bir fikir var. Əslində məqbuldur. Əks halda bu o deməkdir ki, siz kifayət qədər yenilikçi deyilsiniz. 

Səbət ilə nələrin baş verdiyinə nəzarət etmək üçün, yumurtaları bir səbətdə saxlamaq normaldır. 

Mənim bir çox qorxularım var. Çox istərdim ki, onların sayı mümkün qədər az olsun. Qorxu mənfi duyğulara aiddir və insanın sinir sisteminə zərər verir. 

Birlikdə işlədiyiniz insanları sevmək vacibdir, əks halda həyatınız və işiniz çox da yaxşı olmayacaq. 

Şirkət yaratmaq, piroq bişirmək kimidir. Əsas olan düzgün nisbətdir. 

Sahibkar olmaq ölümcül bir uçuruma baxarkən şüşə çeynəmək kimidir. 

Biznesə başlamaq hər kəsə nəsib olmur. Bunu etmək üçün ağrını hiss etməməlisiniz. 

Mən Silikon vadisindən gələn oğlanlardan biriyəm. Silikon vadisindəki oğlanlar nə desəniz edə bilərlər. 

Çox vaxt özümü mühəndis adlandırıram. Bu, mənim uşaqlıqdan məşğul olduğum işdir. 

İnsanlar ehtiraslarına tabe olmalıdırlar. Bu, daha xoşbəxt edəcəkdir.

Etiraf etməyə utanıram, amma mən video oyunları çox sevirəm. Uşaq olduğum müddətdə proqram təminatını inkişaf etdirməyimə səbəb olan budur. Ən yaxşı kompüter almaq, ən yaxşı video oyun oynamaq üçün pul qazanmaq istədim – həmin dövrlərdə dünyanı xilas etmək barədə düşünmürdüm. 

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...