ResMed şikətindən 1000-dən çox aparat alıb xəstəxanalara göndərən Tesla şirkətinin fırıldağı üzə çıxıb. Belə ki, Elon Musk xəstəxanalara süni tənəffüs aparatı ianə etməyə söz versə də şirkətin loqotipi yazılan qutulardakı aparatlar, apnoe xəstəliyinin (yuxuda tənəffüsün dayanması) müalicəsi üçün nəzərdə tutulan tənəffüs aparatları olub.
Bu aparatların kostruksiyası fərqli olduğundan, məhz koronavirus xəstələri üçün lazım olan süni tənəffüs aparatında fərqli olaraq birbaşa ağciyərə hava ötürə bilmirlər. Onlar invaziv deyillər və ancaq daha yüngül koronaviruslu xəstələr üçün əlverişli ola bilərlər.
Həkimlər də istifadə üçün onları məsləhət görmürlər. Belə ki, onlar digər tənəffüs aparatları qədər təhlükəsiz deyillər və yeni yoluxma mənbəyi hesab olunurlar. Çünki, süni tənəffüs aparatları APNOE aparatlarından fərqli olaraq birbaşa ağciyərə daxil olduqlarından virus da elə orada qalıb yayılmır, amma apnoe aparatlarından istifadə zamanı xəstə maska ilə nəfəs almalıdır ki, bu da yeni yoluxmalara gətirib çıxara bilər.