Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Elon Musk Çindən aldığı süni tənəffüs aparatlarını xəstəxanalara hədiyyə etdi

Elon Musk Çindən aldığı süni tənəffüs aparatlarını xəstəxanalara hədiyyə etdi

22
Paylaş

Tesla və SpaceX şirkətlərinin təsisçisi Elon Musk koronavirus xəstələrinə yardım məqsədilə Kaliforniya qospitallarına 1000-dən çox süni tənəffüs aparatı bəxşiş edib. O həmin tibbi avadanlıqları Çindən alıb. Bu barədə sahibkar öz Tvitter hesabında bildirib.

Musk bu addımı Kaliforniya ştatının qubernatoru Qevin Nyusoma-nın bu yaxınlarda ona müraciətlə etdiyi xahişi əsasında atıb. Bundan başqa, Tvitter istifadəçiləri də sahibkardan kömək istəyiblər.

Bu barədə Business İnsider məlumat verir.

Musk aparatların gözlənildiyi kimi, Tesla zavodunda hazırlanmadığını, Çindən alındığını belə izah edib: “ Çində hədsiz çox təkliflər oldu, ona görə də biz Dərman və Qidaların keyfiyyətinə nəzarət İdarəsi tərəfindən təsdiqlənmiş, ResMed, Philips və Medtronic istehsalı olan 1255 süni tənəffüs aparatı aldıq və onları Los-Angelesə çatdırdıq. Əgər sizə pulsuz süni tənəffüs aparatı lazım olsa bu barədə bizə bilidirin!”