Əsas səhifə Biznes Elektron ticarətlə məşğul olmaq istəyənlər üçün məsləhətlər

Elektron ticarətlə məşğul olmaq istəyənlər üçün məsləhətlər

2505
Paylaş

Elektron ticarət nədir?

İnternetdə insanların xidmət və məhsulları alıb-satma əməliyyatlarına elektron (online) ticarət deyilir. Yəni ticarətin elektron versiyasıdır.

Elektron ticarət necə edilir?

Müvəffəqiyyətli bir şəkildə e-ticarət etmək üçün online satış strategiyalarını yaxşı bilmək lazımdır. Daha çox pul qazana biləcəyiniz məhsulları yaxşıca araşdırmaq və ehtiyaclar istiqamətində istehlakçıya keyfiyyətli məhsul və xidmətləri təqdim etmək vacibdir. Elektron ticarət hədəf və istiqamətlər üzərində düşünülərək təyin olunmalıdır.

Potensial bazar tədqiqatları edin

Bu işə başlayan zaman kiçik lakin potensialı böyük olan bir məhsul qrupu və niş seçməlisiniz. Məsələn 15-30 yaş arası gənc qızlar üçün bijüteriya satmaq yaxşı bir strategiyadır. Lakin 15-30 yaş arası gənc qızlar üçün brilyant üzük satmaq məntiqsiz bir addımdır. Google Açar söz planlayıcı vasitəsindən istifadə edərək açar sözlərin araşdırılma nisbətlərini təyin edə bilərsiniz. Beləcə sektora girmədən bazarın böyüklüyünü anlaya bilərsiniz.

Rəqabət analizi edin

Seçdiyiniz məhsul ilə əlaqədar rəqabət mühiti necədir, bu məhsul ilə əlaqədar rəqibiniz var mı yox mu ya da neçə rəqibiniz var. Bunları analiz etməlisiniz. Təyin etdiyiniz məhsul nişdir və rəqib azdırsa bu bazarın potensialı da var deməkdir. Bazar payını artırmaq üçün müştərilərin diqqətini çəkmək lazımdır.

Tələbat yoxsa müvəqqəti trend?

Seçdiyiniz məhsulun bazarda yüksələn bir trend yoxsa müvəqqəti bir həvəs olduğunu anlamanız lazımdır. Google Trends vasitəsini istifadə edərək bir məhsulun trend mi, sabit bir şəkildə böyümə mi yoxsa balon bir yüksəlişdə mi olduğunu görə bilərsiniz.

Yerli bazarda olmayan məhsullar

Bazara təqdim etdiyiniz məhsulu əgər çox asan bir şəkildə əldə etmək mümkündürsə istehlakçılar internetdən sifariş etmək yerinə mağaza və ya marketlərdən alacaqlar. Buna görə marketlərdə olmayan xüsusi məhsul və ya nişlər seçməyiniz məsləhətdir.

Hədəf kütlənizi analiz edin

Elektron ticarətə başlayan zaman satışa çıxarmağı düşündüyünüz məhsulun hansı hədəf kütləyə xitab etdiyini təyin etməyiniz lazımdır. Hədəf kütlənizin istəklərini, ehtiyaclarını və tələblərini çox yaxşı anlamalısınız. Hədəf kütləni analizi etmək üçün sizinlə eyni məhsulları satan başqa bir saytı Alexadan istifadə edərək ziyarətçilərin demoqrafik xüsusiyyətlərini öyrənə bilərsiniz.