#Sual : Biz elektron qaydada şirkət qeydiyyatdan keçirmək istəyirik. Bu zaman təsisçilər şirkətin təsis sənədlərini nizamnamə və qərar hansı formada təsdiqləməlidirlər?
#Cavab: Şirkətin elektron qaydada qeydiyyatı zamanı təsisçilər öz adlarına qeydiyyata alınmış mobil nömər və şəxsiyyət vəsiqələrinin FİN nömrəsini daxil etməklə Vergi orqanının sisteminə daxil olurlar və orada əvvəlcədən doldurulmuş məlumat əsasında avtomatik rejimdə hazırlanmış sənədlərlə tanış olur və həmn sistem daxilində elektron qaydada təsis sənədlərini təsdiqləyirlər.