Əsas səhifə Startup Elektrik samokatların kirayə xidməti Lime, $310 milyon cəlb edib

Elektrik samokatların kirayə xidməti Lime, $310 milyon cəlb edib

149

İndiyə qədər şirkət ümumilikdə 800 milyon dollar sərmayə cəlb etmişdir.

Elektrik samokatların kirayə xidməti olan Lime, Bain Capital, Andreessen Horowitz, Fidelity Ventures, GV və IVP kimi sərmayə şirkətlərindən 310 milyon dollar cəlb edib.

Sərmayəçilər Lime şirkətini 2,4 milyard dollar dəyərində qiymətləndiriblər, 2018-ci ilin iyul ayında bir startup Alphabet, Uber və digər sərmayəçilərdən təxminən 335 milyon dollar cəlb etmişdir.

“Yeni investisiyalar biznesin fundamental dayanıqlığını sübut edirlər və gələcəkdə yeni bazarlara daxil olmağa, eləcə də istifadəçilərin təhlükəsizliyini artırmağa kömək edəcək”, – deyə Lime şirkətinin baş direktoru Toby Sun bildirib. Hal-hazırda, startup 100-dən çox ABŞ şəhərində və xaricdəki 27 şəhərdə fəaliyyət göstərir. ABŞ daxilində Lime samokatlarını Uber vasitəsilə də kirayə götürmək mümkündür.

Rəy bildir

Please enter your comment!
Please enter your name here