Koronavirusa görə, müəyyən şirkətlərə və vətəndaşlara güzəştlər ediləcək.
Bu barədə İqtisadi İnkişaf naziri Mikayıl Cabbarov AZTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, xüsusi karantin rejimində insanlar evdə qaldığına görə, elektrik enerjisinin istehlakı artır. Ona görə də hazırlanan layihədə əhaliyə tətbiq edilən limitin artırılması təklif olunur.