Əsas səhifə Biznes Analitika Ekspertlər 2020-ci ildə mobil sənayenin biznesə təsirindən danışıblar

Ekspertlər 2020-ci ildə mobil sənayenin biznesə təsirindən danışıblar

78
Paylaş

App Annie analitikləri, 2019-cu ildə istifadəçilərin mobil tətbiqlərə və abunə xidmətlərinə 120 mlrd. dollar xərclədiklərini hesablayıblar. Adıçəkilən şirkətin hesabatına əsasən 2020-ci ildə bu məhsullara istehlakçı və reklam xərcləri 380 mlrd. dollar təşkil edəcək. Müəlliflər sahibkarların diqqət yetirməli olduqları əsas bazar ənənələri barədə məruzə ediblər:

Smartfonda keçirilən vaxt

Ünvan üzrə axtarış, qida sifarişi, gündəlik tapşırıqların planı, iş danışıqları və dostlarla yazışmalar, YouTube-da video izləmələr – bunların bizim demək olar ki,hamımız smartfonlarda icra edirik. App Annie məlumat verir ki, insanlar mobil cihazlara gündəlik olaraq 3 saat 40 dəq. vaxt sərf edirlər.

2017-ci illə müayisədə samrtfonlarla keçirilən vaxt 35% artıb. Effektiv satış və bazar strategiyası işləmək üçün biznes bunu bilməlidir.

Abunəliklər

Abunə xidmətləri qeyri-oyun tətbiqlərinin ümumi xərclərinin 96%-ni təşkil edir. Ən güclü oyunçular – tanışlıq tətbiqləri və striminq videoxidmətləri. Bunlardan başqa, şirkətin istehsalat qabiliyyətini artıran alətlər təklif edən biznes tətbiqləri də məhşurdur.

App Annie hesabatı göstərir ki, iOS-da ən gəlirli tətbiqlərin 94%-i abunəlikdən qazanır.

Reklam

2020-ci ildə mobil reklam xərcləri 240 mlrd. dollara çatacaq. İnsanlar smartfonlarda daha da çox vaxt keçirməyə başlayıblar, buna görə də, şirkətlər onları məhz orada tapmağa çalışırlar. App Annie ekspertləri deyirlər ki, keyfiyyətli targetinq dəyişiklik əmsalını yüksəldə və reklam xərclərindən çoxlu gəliri təmin edə bilər.

Sosial şəbəkələr və messencerlər

Bu tətbiqlər insanların smartfonlarda keçirdikləri vaxtlarının yarısını tuturlar. İstifadəçilər  internet-mağazalardan daha çox İnstagramda “otururlar”. Onları cəlb edib öz müştərilərinizə çevirmək istəyirsinizsə sosial şəbəkələrdən və messencerlərdən imtina etməməli və hətta onları marketinq strategiyasının bir hissəsinə çevirməlisiniz.