Ekspert rebrendinq müəssisələrinin yaradılmasını təklif edib

Date:

Paylaş:

Bildiyimiz kimi, istənilən ölkənin xarici tədiyyə balansı onun iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Makro-iqtisadi göstəricilərindən biri olan bu balansın saldosu ölkənin valyuta ehtiyatlarına, milli valyutanın kursuna, istehlak edilən idxal məhsulların qiymətinə və bir çox iqtisadi dəyərlərin formalaşmasına birbaşa və ya dolayı təsir etməkdədir.

Bu səbəbdən ölkəmizin bu balansda ixracatın həcmini artırma səyləri başadüşüləndir. Kəmiyyətcə artımla birlikdə təsnifat olaraq da ixracatın qeyri-neft sahəsində ağırlıq təşkil etməsi ölkəmizin neft asılılığını azaldacaqdır. Eyni zamanda bu prosesdən yaranan gəlirin daha geniş təbəqələrə yayılmasına şərait yaranacaqdır.

KOB Publik Hüquqi şəxsin yaradılması məhz bu səbəbdən irəli gəlir. Məqsəd -kiçik və orta sahibkarlarımızın məhsullarını alternativ bazarlara çıxarmaq, onların istehsal prosesinin fasiləsizliyini təmin etməkdir. Bu işin surətləndirilməsi üçün KOB-un nəzdində bir növ real sahələr üzrə rebrendinq müəssisələrini yaradıb, kiçik və orta böyüklükdə olan sahibkarlarımıza dəstək olmaq, onların ayrı -ayrılqda bu prosesdə qarşılaşacaqları xərclərdən azad edərək məhsullarını tədarük etmək onların rebrendinqini təşkil edərək alternativ bazarlara çıxışını təmin etmək olar. Həmin müəssisələr öz adları yeni bir brend altında qablaşdırma, reklam, marketinq sahəsində kiçik və orta böyüklükdə olan sahibkarların yükünü azaldaraq həmçinin daimi əlavə iş yerləri təmin etmiş olar. Eyni zamanda daha az maliyyət sərf edərək bunu həyata keçirmək mümkündür. Doğru planlama olarsa bu layihə ölkəmizə uğur qazandıracaqdır.

Emin Kazımov, Maliyyəçi ekspert 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...