Ekspert Azərbaycanda qazanclı sahələrin adını açıqladı

Date:

Paylaş:

İnsanların maddi vəziyyəti yaxşılaşdıqca əlavə vəsait yaranır ki, onlar da bu vəziyyətdən istifadə edərək sərfəli şəkildə investisiya qoymaq istəyirlər. Bu zaman belə bir məntiqi sual ortalığa çıxır: Maksimum qazanc əldə etmək üçün Azərbaycanda hansı sahəyə vəsait qoymaq lazımdır?

Məsələ iə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda ivestisiyaya yararlı sahələrin kənd təsərrüfatı və turizm olduğunu bildirib.

“Azərbaycanda investisiyaya yararlı sahələr dövlətin prioritet hesab etdiyi sahələrdir. Əsasən kənd təsərrüfatı və turizm sahəsində biznes imkanlarını genişləndirmək imkanları var. Çünki digər sahələrdə çox təəssüf ki, məmur biznesi və inhisarçılığın yayıldığını görürük. Aqrar sahə və turizmdə müəyyən dərəcədə rəqabət aparmaq, iş qurmaq üçün hələ də imkanlar var. Dövlət dəstəyi, dövlət proqramları  çərçivəsində kənd təsərrüfatı və turizm sahəsində sahibkarlara əlavə vəsait ayrılır. Düzdür burada da, çatışmazlıq var. Məsələn, elə olur ki, bir iş adamı ayrılmış vəsaitdən faydalanmaq üçün illərlə gözləməli olur. Amma hər halda aqrar və turizm sahəsində canlanmanı daimi olaraq müşahidə edirik. Son zamanlar aqrar sektorda ümumdaxili məhsulun formalaşmasında artım qeydə alınıb. Məsələn, keçən il bu sahədə artım 9 faiz idisə, cari il ərzində artıq bu rəqəm 2 faiz artaraq 11 faizədək yüksəlib. Turizmdə də rəqəmlər ürəkaçandır. Belə ki, bu ilin sonuna yaxın 3 milyon turistin Azərbaycana gələcəyi gözlənilir”, – deyə N.Cəfərli bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...