Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə “Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yerləşən əksər restoranlar, ticarət və ictimai-iaşə obyektləri sökülüb.
Adıçəkilən ərazidə sabiq millət vəkili Fərhad Qəribovun “Billur” restoranının söküntüsünə başlanılıb.
Qeyd edək ki, F. Qəribov, həm də “Şəki” restoranının sahibidir.