EBRD Azərbaycanda sahibkar qadınlar üçün təlim keçirir

Date:

Paylaş:

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) sahibkar qadınlar proqramının bir hissəsi kimi işgüzar qadınlar üçün Maliyyə İdarəetməsinin Əsasları mövzusunda təlim keçirir. 

Təlimi bankla yanaşı, Avropa İttifaqının “EU4Business” Təşəbbüsü, İsveç, EBRD-nin Erkən Keçid Dövründə Olan Ölkələr Fondu və AYIB-ın Kiçik Biznesə Təkan Fondu maliyyələşdirir.

EBRD sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, maliyyə konsepsiyasının əsaslarını anlamaq istəyən qadın sahibkarları dəstəkləyir və onlara öz bizneslərini genişləndirməkdə kömək edir. Bu məqsədlərə uyğun olaraq bu gün, sabah, eləcə də mayın 20-21-də baş tutacaq iki məşğələyə bölünmüş Maliyyə İdarəetməsinin Əsasları üzrə təlim keçiriləcək. Təlimdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən on beş qadın sahibkar iştirak edəcək.

Maliyyə İdarəetməsinin Əsasları üzrə təlim beynəlxalq təcrübə və ekspert biliklərinə əsaslanır. Bu təlim maliyyə idarəetməsi və gəlirlərin artırılması üzrə bilikləri təkmilləşdirməklə yanaşı maliyyə idarəetməsinin vacibliyi barədə məlumatlılıq yaradılmasına məqsədlənir, liderlik və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, biznesi genişləndirmək sahəsində innovative vasitələrdən istifadə yollarını öyrənmək istəyən qadınlar üçün nəzərdə tutulur. Seminar müəssisənin maliyyələşdirilməsi prosesini əvvəldən sona kimi izah edir, interaktiv formada keçirilir, praktiki tapşırıqları və real həyat nümunələrini özündə birləşdirir. Bu təlim qadın iştirakçılara biznes planlaşdırılması prosesində maliyyədən istifadə, maliyyə planlaşdırılması ilə mühasibat arasında olan fərqi izah edir.

“Biz inanırıq ki, qadın sahibkarlığı iş yerlərinin yaradılması və iqtisadi inkişafın sürətlənməsində əsaslı rol oynayır. Bu səbəbən də fəaliyyət göstərdiyimiz ölkələrdə qadın sahibkarların uğur qazanmalarına və bizneslə fəal şəkildə məşğul olmalarına kömək edirik, – EBRD-nin Kiçik və Orta Biznes üzrə Məsləhət bölməsinin Şərqi Avropa və Qafqaz regionu üzrə rəhbəri cənab Ceff Ferri bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...