Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “eBay”in xalis mənfəəti azalıb

“eBay”in xalis mənfəəti azalıb

38
Paylaş

Dünyanın ən nəhəng onlayn riteyleri olan “eBay” şirkəti ötən ili 1,79 mlrd. dollarlıq xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 29% azalma deməkdir.

“eBay”in gəliri 2019-cu ildə 0,5% artaraq 10,8 mlrd. dollara çatıb.

Ötən ilin IV rübündə şirkətin mənfəəti 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27% azalaraq 556 mln. dollar təşkil edib. 2019-cu ilin 31 dekabr tarixinə “eBay”ın daimi müştərilərinin sayı 2% artaraq 183 mln. nəfərə çatıb.

Qeyd edək ki, “eBay”in 2020-ci ilin I rübündə 2,55-2,6 mlrd. dollar həcmində gəlir əldə edəcəyi proqnozlaşdırılır.