Əsas səhifə Hüquqi məsələlər E-kassa üzrə texniki tələblər

E-kassa üzrə texniki tələblər

134
Paylaş
Azərbaycan Respublikası ərazisində yalnız dövlət reyestrinə daxil edilmiş e-kassa modellərinin tətbiqinə icazə verilir. E-kassa vahid şəkildə işləyən iki hissədən – bilavasitə e-kassa aparatının özündən və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusundan ibarətdir.
Aşağıdakı meyarlara cavab verən e-kassadan əhali pul hesablaşmalarının aparılmasında istifadə edilə bilər:
        – E-kassada aparılan əməliyyatların, çeklərin və onların formalaşma ardıcıllığının etibarlı uçotunu, habelə həmin məlumatların toplanması, emalı, saxlanması və internet bağlantısı yaranan kimi Vergilər Nazirliyinə ötürülməsini təmin edən proqram təminatı və əməliyyat sistemləri ilə təchiz edilən;
        – USB portu mövcud olan;
        – Qanunvericilkdə nəzərdə tutulmuş e-kassa çekini çap etməyə imkan verən müvafiq çap qurğusu ilə təchiz edilən;
        – E-kassa üzrə dəyişdirilməyən zavod və ya seriya nömrəsinə malik olan;
        – İnternet resurslarına çıxış imkanlarına (GSM, Wi-fi, Ethernet və s. vasitəsilə) malik olan.
E-kassa ilə bağlı texniki tələblər sahələrarası ekspert komissiyası tərəfindən müəyyən edilir.
E-kassadan istifadənin mümkün olmadığı hallar aşağıdakılardır:
        – Dövlət reyestrinə daxil edilmiş e-kassanın parametrləri dəyişdirildikdə;
        – Unikal identifikatora (fiskal İD) malik çeki çap etmək mümkün olmadıqda;
        – E-kassa yararsız hala düşdükdə;
        – E-kassanın zavod və ya seriya nömrəsi dəyişdirildikdə;
        – E-kassanın zavod və ya seriya nömrəsi açıq açarın texnoloji sertifikatında göstərilən nömrə ilə uyğun gəlmədikdə;
        – Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində nəzarət mexanizmi qurğusunda olan məlumatların Vergilər Nazirliyinə ötürülməsi mümkün olmadıqda;
        – Nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyat aparıldıqda;
        – Nəzarət mexanizmi qurğusunun sertifikat müddəti bitdikdə və ya yararsız hala düşdükdə.
E-kassa çeki yalnız nəzarət mexanizmi qurğusu quraşdırıldığı halda və e-kassa operatoru tərəfindən göndərilmiş PİN kod e-kassa istifadəçi tərəfindən daxil edildikdən sonra çap edilə bilər.
Yazı əlavə et