Əsas səhifə Məqalələr Maraqlı Duzdağ Hotel 13 milyon manata satıldı

Duzdağ Hotel 13 milyon manata satıldı

3143
Paylaş

Naxçıvan Muxtar Respublikasında yerləşən, müalicə mərkəzi kimi fəaliyyət göstərən “Duzdağ Hotel” hərraca çıxarılıb.

NMR-nın Auksion Mərkəzində hərraca çıxarılan “Duzdağ Hotel”i 17 milyon 288 min 686,78 manata təklif olunsa da, 12 milyon 966 min 515,10 manata satılıb.

Həmçinin hərrac günü Naxçıvan şəhərində yerləşən Tədris-Ticarət Mərkəzi də satılıb. Qiyməti 1 milyon 534 min 424,73 manata təklif olunan mərkəz 1 milyon 150 min 818,60 manata satılıb.