Durov dollar milyarderi oldu

0
805
Pavel Durov kontaktın yaradıcısı

“Telegram” messencerinin yaradıcısı Pavel Durovun sərvəti 1,7 milyard dollara çatıb.

İKT.lent.az-ın xəbərinə görə, bu hesablamanı “Forbes” aparıb.

“Messencer 1 milyard dollardan bahadır, onun yaradıcısı Pavel Durov isə dollar milyarderidir. İlkin qiymətləndirmələrə əsasən “Telegram”ın təsisçisinin sərvəti azı 1,7 milyard dollardır və yüksəliş imkanları hələ qalır”, – deyə “Forbes”un  açıqlamasında bildirilib.

Xatırladaq ki, P. Durov “Forbes”un Rusiya ilə bağlı siyahısına ilk dəfə 2016-cı ilin aprelində düşüb. Onun sərvəti 600 milyon dollar həcmində qiymətləndirilib və o, Rusiyanın ən zəngin adamlarının sıralamasında 125-ci olub.

Qeyd edək ki, “Telegram” 2013-cü ildə yaradılıb. P. Durov messenceri 5 milyard dollara satmaq barədə təklifi rədd edib.