Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Dünyanın üç ən bahalı yaxtası

Dünyanın üç ən bahalı yaxtası

167
Paylaş

Dəbdəbəli yaxtalar onların sahiblərinin həyat uğurunun ən əsas göstəricilərindən biri hesab olunur. Bəziləri möhtəşəm bir gəmiyə külli miqdarda pul xərcləməyə hazırdırlar. Gəlin dünyanın üç ən bahalı yaxtası ilə tanış olaq:

Streets of Monaco, 1 milyard dollar

Bu yaxta, dənizdə şəhər, hətta kiçik ölkə təsiri bağışlayır. Dizaynerlər burada həqiqətən də adıçəkilən Monako küçəsini, onun dəbdəbəli otellərinin kiçik eynisi , Cafe de Paris restoranı, La Rascasse gecə barı ilə birlikdə inşa ediblər. Bundan başqa, Monakoda Qran-pri marşrut yolunu təkrarlayan kartinq-trek də var. Yaxtanın mərkəzində  yuxarı və aşağı yaşayış ərazisini bir-biri ilə əlaqələndirən “Atrium” yerləşir. Bura yeddi qonaq otağı daxildir və onların hər biri yataq, hamam otaqları və eyvanla təmin olunub. Gəminin sahəsinin böyük (demək olar ki, 1,5 min kv. m.) olmasına baxmayaraq, bura 16 nəfərdən çox qonaq qəbul etmir.

Lakin hələ ki, “Monako küçələri”ni gəzən yoxdur – yaxta heç kimə məxsus deyil.

Bu nəhəng gəmi 2011-ci ildə Britaniyanın The Yacht Island şirkəti tərəfindən hazırlanıb və hələ də öz alıcısını gözləyir. Türk limanlarından birində yan alıb.

Dubai, 350 milyon dollar

162 metr uzunluğu olan gəmi sanki əsl üzən şəhərdir. Onun 88 ekipaj üzvü var və 72 qonaq qəbul edə bilir. Dünyada böyüklüyünə görə üçüncü yaxtadır.

Dubai, adətən Logo Island süni adasına yan alır.

33,8 min at gücü ilə gəmi 26 dəniz milinə qədər sürət yığa bilir. Sərnişinlər və ekipaj burada səkkiz göyərtədə yerləşirlər və qonaqlar üçün isə üç lift, basseyn, spa-salon, şüşə pilləkan, çoxlu nahar masaları, hava ilə əlaqədar fövqəladə vəziyyətlər üçün sualtı qayıq və vertolyot meydançası vardır.

Al Said, 300 milyon dollar

Sultan Oman Kabus ben Səid-in bu sevimli “oyuncağı” mətbuatdan möhkəm qorunur, sahibkar öz yaxtası haqqında məlumat verməyi sevmir.

Deyilənlərə görə, gəmidə 50 musiqiçinin və orkestrın yerləşə biləcəyi konsert zalı var.