Dünyanın nəhəng logistika şirkəti Azərbaycanda fəaliyyətə başladı – FOTO

Date:

Paylaş:

Logistika, gəmi daşımaçılığı üzrə dünya nəhənglərindən biri olan “COSCO Shipping Lines” Azərbaycanda da fəaliyyətə başladı. Şirkətin Azərbaycandakı müttəfiqi “İSR Holdinq” MMC-dir.

Daşımaçılıq sahəsində Azərbaycan və Gürcüstanı xüsusi əhəmiyyətli ölkə hesab edən “COSCO Shipping Lines” xüsusən də orta Asiyaya daşınan yüklərlə bağlı araşdırmalarda Azərbaycana xüsusi önəm verib. Araşdırmaya görə, Transqafqaziya və Mərkəzi Asiya logistika və daşımaçılıq planında ən qısa yol Azərbaycandan keçir.

Çindən Qazaxıstan və Avropaya daşınan yüklərdə Azərbaycan mühüm coğrafi mövqeyə malikdir. Eyni zamanda, Azərbaycanda dəmiryolu şəbəkəsinin inkişaf etməsi Çindən gələn malların Bakıdan Türkiyənin Mersin şəhərinə daşınmasına da imkan yaradır.

“ISR Holdinq”in vitse-prezidenti Rauf Xəlilov  hesab edir ki, Azərbaycan hökumətinin ölkənin tranzit potensialının reallaşdırılması ilə bağlı yürütdüyü siyasət ölkənin böyük layihələrə cəlb olunmasına imkan verir və “COSCO Shipping Lines” bunun bariz nümunəsidir.

Holdinqin layihə meneceri Cavid Axundovun sözlərinə görə, uzunmüddətli danışıqlardan sonra “İSR Holdinq”, daşıma sahəsində dünyanın ən iri şirkətlərindən biri olan “COSCO Shipping Lines”ın rəsmi agenti statusunu əldə edib:

“Bu, ölkə Prezidentinin həyata keçirdiyi Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, ölkəmizin daşınma və logistika sahəsində haba və yaxud mərkəzə çevrilməsi siyasətinin reallaşmasında mühüm rol oynayacaq.

Burada söhbət, əsasən, dəniz və okean konteyner daşımalarından gedir. Amma “door to door” (qapıdan qapıya) deyilən bütün xidmətlər həyata keçiriləcək”, – deyə, C.Axundov bildirib.

Cavid Axundov qeyd edib ki, yeni şirkət vasitəsi ilə yüklər dəniz vasitəsi ilə Poti limanına çatdırılması və oradan Gürcüstan ərazisindən keçməklə Bakı istiqamətində daşınmanı nəzərdə tutur. Daha bir istiqamət isə Çinin “bir yol, bir kəmər” təşəbbüslərini özündə əks etdirir. Çindən olan malların Qazaxıstan vasitəsi ilə Aktau – Bakı bərəsi ilə Bakıya gətirilməsi, Azərbaycandan tranzitlə keçməsidir.

Yəni, Çindən Avropaya, Avropadan da Çinə daşınan yüklər Azərbaycandan keçəcək. Bu isə Azərbaycanın vaxtilə Böyük İpək Yolunda tutduğu strateji mövqeyini yenidən əldə etməsinə imkan yaradacaq.

Xatırladaq ki, “COSCO Shipping Lines”in əsası Şanxayda qoyulub. Hazırda malik olduğu 291 şirkətdən 137-si Çində, 154-ü isə Avropa da daxil olmaqla dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. 2018-ci ilin yekununda daşımaçılıq nəhənginin ümumilikdə 376 konteyner gəmisi olub. Şirkət 100 ölkəni, 326 limanı, 362 beynəlxalq və yerli nəqliyyat xəttini əhatə edən 228 beynəlxalq və 47 yerli xidmətə malikdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...