Dünyanın bir nömrəli tennis oyunçusu Naomi Osaca-nın 21 yaşında qurduğu biznes

Date:

Paylaş:

Naomi Osaca öz təcrübəli həmkarlarından daha əvvəl başa düşüb ki, idman zəfərləri və brendlərin diqqəti daimi deyil. Artıq 21 yaşında o, biznesinin bünövrəsini qoyur. Bəs ən çox qazanan qadın idmançı Serena Williams-ı ötüb keçə bilən bu tennisçi xanım necə qazanır?

Naomi Osaca, keçən il ABŞ-da keçirilən Açıq çempionatda qazandığı zəfərlə diqqətləri üzərinə çəkib. Dörd aydan sonra o, Açıq Avstraliya çempionatında Böyük dəbilqə turnirində ikinci dəfə qalib olur və  21 yaşında özü üçün bir nömrəli tennisçi titulunu təmin edir. Avstraliya qələbəsi sayəsində o, tarixə Asiya üzrə qadınlar və kişilər arasında ilk tək oyunçu kimi düşür və bu reytinqdə ən yüksək mövqeyi tutur.

Lakin yüksəklərdə qalmaq heç də asan deyil. Hər kəs açılan yeni imkanlardan istifadə edib sənin yerini tutmağa çalışır. Belə bir rəqabət mənzərəsi fonunda Osaca iki on illik ərzində öz idman sahəsi üzrə liderliyi əldə saxlayan bir idmançıya doğru yolu tutmaqla bağlı məsləhət üçün müraciət edir.

“Hər axşam onlar Kobe-ni udmağa çalışırdılar, lakin o, hədsiz dərəcədə  möhtəşəm idi. Ona görə də ondan öyrənmək istəyirəm” – deyə, Osaca Kobe Bryant haqqında məktubunda yazır.

Osaca Bryant-ı təkrarlamaq istəyir. O, bu il ona xalis 30 milyon dollar gətirə biləcək bəzi iri sponsor razılıqları imzalayır. Lakin o təkcə fotosessiyalara görə çoxlu pul qazanmır, həm də öz biznesi üçün  bünövrə qoyur.

Bu həftə üç şirkət – idman içkiləri istehsalçısı BodyArmor, masajçılar brendi Hyperice və qulaqlıqlar istehsalçısı Muzik Osaca ilə əməkdaşlıq qururlar. Bu əməliyyatlar onun sponsor razılıqlarından gələn gəlirlərində bir o qədər də öz əksini tapmayacaq, lakin o, hər üç inkişaf etmiş şirkətdən payını alıb. “ Mənə gənc biznesin inkişafını izləmək həqiqətən maraqlıdır. Mən komandamı maraqlarıma və xarakterimə uyğun gələn brendlər axtarmağa çağırıram” – deyə, Osaca bildirir. O deyir ki, karyerasının sonunu gözləmədən elə indi bizneslə məşğul olmaq istəyir.

Yaponiyada doğulan Osacanın anası yapon, atası isə amerikan haiti əsillidir. O,marketoloqların bütün tələblərinə cavab verir. Gəncdir, çox şeyə nail olub və fərqli mədəniyyətlərə məxsusdur, onun sosial şəbəkələrdəki auditoriyası isə sürətlə artır. Bu ona Forbes versiyasına görə, 2019-cu ilin ən çox qazanan qadın idmançıları reytinqində 24,3 milyon dollar gəlirlə ikinci yer tutmağa kömək edir. Bu göstərici ilə o yalnız Serena Williams-dan geri qalır.

Muzik-in qurucusu və baş direktoru Jason Hardi Osaca-nı istedadına, dizayn qabiliyyətinə və xeyirxahlığa marağına görə üçüncü təhlükə adlandırır. Osaca Muzik-lə birgə, yenicə satışa çıxarılmış təzə qulaqlıqlar hazırlayıb. Şirkətdəki payından başqa Osaca  satışlardan royalti də qazanır. Muzik-in səhmdarları sırasından Osaca-nı Hardi daha doğru adam kimi qiymətləndirib.

Tennisdə sürətə və gücə yüksək tələbat aparıcı oyunçular üçün problemin həllini vacib edir və Osaca əzələlərindəki ağrını azaltmaq üçün iki il məhsullar seriyasından istifadə edib. O deyir ki, şirkətin məhsullarına tennisçilərin geyim otaqlarında həmişə gəlmək mümkündür. Hyperice-nin baş direktoru Jim Huether onun şirkətinin dünya bazarında  “daha da sağlam insanların sayının artması” ilə bağlı missiyasını dəstəkləyən idmançı axtaranda Osaca ona ən uyğun namizəd kimi gəldi.

Bu həftə Hyperice çoxillik razılıq imzaladığı Osaca-nın iştirakı ilə Yaponiya və ABŞ-da  marketinq kampaniyaları keçirib. Deyilənə görə, ABŞ-da böyüməsinə baxmayaraq, beynəlxalq yarışlarda Yaponiyanı təmsil edən Osaca 2020-ci ildə Tokioda keçiriləcək yay Olimpiadasının simvollarından biri olacaq.

Huether deyir: “ Biz həmişə sahibkarlıq fəaliyyəti olan idmançılar axtarırıq. Bu brendə daha çox uyğun olmanı təmin edir”.

İdman içkiləri istehsalçısı BodyArmor da ABŞ-da keçiriləcək Açıq çempionat ərəfəsində Osaca-nın üçüncü tərəfdaşıdır. Şirkətin nümayəndələri ilə onu  Bryant tanış edir. 

“ Naomi güclü rəqibdir və mən şadam ki, o BodyArmor komandasına qoşulub.Mən bilirəm ki, o bir zamanlar nömrə bir tennisçi olmaq üçün göstərdiyi  səyləri BodyArmor-un da nömrə bir idman içkisi olması uğrunda eyni həvəslə göstərir” – deyə, Bryant bildirib.

Bu həftə Osaca dünyanın 50 ən tələb olunan idmançılarının SportsPro Magazine jurnalı tərfindən hazırlanan illik reytinqinə başçılıq edib.

 Heç bir şirkət Osaca-nın maliyyə vəziyyəti və brendi üçün Nike qədər əhəmiyyət daşımır. O, yeni razılığın şərtlərinə görə, ona ildə 10 milyon dollar ödəyir.  Nike istisna olaraq, Osaca-ya icazə verib ki, tennis formasında digər şirkətlərin loqotipini daşısın – elit oyunçular üçün faydalı əməliyyat. Ondan başqa bu icazə yalnız çinli Li Na-ya verilib.

2020-ci ildən Osaca-nın öz Nike loqotipi və həm idman həm də istirahət üçün geyimlər seriyası olacaq.

Tennisçi bildirir ki, yaxın aylarda yapon geyim brendi və LeBron layihəsi, həmçinin onun  işgüzar tərəfdaşı Maverick Carter-lə əməkdaşlıq edəcək. “Mən düzgün hesab etdiyim kimi hərəkət etmək istəyirəm və keçmişin nümunələrini izləmək fikrim yoxdur. Bilirəm ki, yüksək mövqedəyəm və buna sevinməliyəm. Bu da o deməkdir ki, həqiqətən xoşuma gələn tərəfdaşlarla işləməliyəm”- deyə, Osaca bildirir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...