“Azərenerji” ASC modernləşdirmə istiqamətində xüsusi addım ataraq dünyanın aparıcı 10 konsaltinq şirkətlərindən biri hesab olunan “McKinsey&Company” ilə məsləhətçi xidmətlərin göstərilməsi üçün 3 illik müqavilə imzalayıb.
Bu barədə qurumun mətbuat mərkəzinin rəhbəri Teymur Abdullayev məlumat verib.
Müqaviləyə əsasən “McKinsey&Company” modernləşdirmə işləri, yeni generasiya güclərinin yaradılması, elektrik stansiyalarının tikilməsi, enerjisitemin idarəetməsi, idxal-ixrac məsələləri, Strateji Yol Xəritəsinə uyğun olaraq “Azərenerji”nin hədəflərinə çatmaq və digər məsələlərdə məsləhətçi funksiyasını həyata keçirəcək.