Dünyanın 3 aparıcı şirkət sahibinin ilham verən uğur hekayəsi

Date:

Paylaş:

Fedex, Lamborghini, KFC

Fəaliyyətə sıfırdan başlamaq üçün nə lazımdır? Uğurlu iş təklifi? Yatırım və ya yaxşı komanda?
Bəli, bunların hamısı həqiqətən vacibdir, lakin ən əsas qayda özünə inanmaqdır. Təsadüfi deyil ki, bu gün məşhur olan bir çox şirkətlərin hekayəsi sıfırdan başlayıb. Onların əlində olan ən güclü vasitə isə inam olub.
Bu dəfə dünyanın aparıcı şirkətlərinin uğur hekayələrini topladıq.
Fred Smith – Federal Express
 
Fred Smith 1965-ci ildə tələbə olarkən, Amerikada iqtisadi məqalələr yazıb. Böyük məhsulların yük maşını və ya sərnişin təyyarəsi ilə nəql edildiyi dövrdə, Fred parlaq biznes ideyasını ortaya qoyur və əhəmiyyətli əşyaların təyyarələrlə daşınmasının daha sərfəli olması ilə bağlı məqalə yazır. Lakin məqaləsində şirkətin necə işləyəcəyi ilə bağlı detalları qeyd etmir. 1971-ci ildə öz şirkətini qurur.
İlk 3 il ərzində uğursuz nəticələr verən şirkət, 1 milyon dollar itirərək, iflas həddinə gəlir. Şirkətin hesabında cəmi 5 min dollar pul qalır. Belə vəziyyətlə üz-üzə qalan çox insan şirkətini bağlayıb, başqa yol seçir. Lakin Freyd inamını itirmir. Öz evini ipotekaya qoyaraq, 5 min dolları 32 min dollara qədər yüksəldir. Bu pul da bir neçə gün təyyarələrin yanacağını qarşılaya bilir. Bir müddət sonra dəyərini artıran şirkət bu gün dünyanın ən məşhur qurumlarındandır. “Fedex” 220 ölkədə fəaliyyət göstərir və illik gəliri 45 milyard dollardır.
Ferrucio Lamborghini – “Lamborghini”
Ferrucio əslində traktor istehsal edən adi kəndçi olub. İşində o qədər uğurlu idi ki, hətta İtaliyanın ən zənginləri arasında yer alır. Maşınlara maraq göstərən Ferrucio “Ferrari”dən istifadə edirdi. Lakin bu maşın ona tez-tez problem yaradırdı. Maşının probleminin nə olduğunu araşdırarkən, “Ferrari”nin sisteminin traktorlarda istifadə edilən qurğu ilə eyni olduğunu kəşf edir: “Bütün “Ferrari” maşınlarımda eyni problem olurdu. Normal sürərkən heç nə hiss etmirdim, amma mühərriki gücə saldıqca,  klapan sistemi sürətə uyğun gəlmirdi”.
Ferrucio mütəmadi olaraq ustaya gedir, yaxud klapan sistemini təmir edib yeniləyərkən avtomobilindən hər dəfə saatlarla uzaq qalırdı. Problemin həll edilmədiyini görüb, Enzo Ferrari ilə danışmağa qərar verir, hətta danışmaq uzun müddət gözləmək məcburiyyətində də qalır.
Maşınların problemli olduğunu deyən Ferrucio, Enzodan “traktor sürə bilərsən, amma heç vaxt “Ferrari”ni düzgün şəkildə istifadə edə bilməyəcəksən” cavabını alır. Bu cavabdan sonra Ferrucio qüsursuz bir maşın istehsal edir və bu “Lamborghini”dir.
Harland Devid Sanders və ya polkovnik Sanders – “Kentucky Fried Chicken” (KFC)
Sanders ilk dəfə 65 yaşında 99 dollarlıq sosial təminat çekini alır. Cibində pulu belə olmadığını deyir. Həmin vaxtlar tək mal varlığı  kiçik bir ev və köhnə avtomobil olur. Yaşadığı vəziyyəti dəyişdirmək üçün qərarlı olan yaşlı kişi, güclü bir fikirlə ortaya çıxır. Dostlarının hər zaman təriflədiyi toyuq yeməyindən istifadə etmək qərarına gəlir.

Yaşadığı kəndi tərk edib, Amerikada fərqli əyalətlərdə gəzməyə və fikrini satmağa çalışır. O, bir-bir restoranlara gedir və əlində gözəl toyuq resepti olduğunu, əməkdaşlıq edərlərsə, bu resepti onlara pulsuz verə biləcəyini söyləyir. Tək şərti isə satdıqları toyuqlardan kiçik bir pay olur. Lakin 1000-dən çox rədd cavabı alır.

1009-cu rədd cavabından sonra, sonuncusu “bəli” olur. Demək olar ki, bütün dünyanın qidalanma vərdişlərini dəyişən KFC-ni qurur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...