Dünyanın 20 ən zəngin adamı bir gündə $68 mlrd. itirdi

Date:

Paylaş:

“Forbes” jurnalının hesablamalarına görə, bazar ertəsi günü dünyanın ən zəngin 20 adamı 68 milyard dollar itirib. Bu, S&P 500 (kapitallaşmasına görə ən böyük şirkətlər) indeksinin 12%, Dow Jones (ABŞ-ın 30 ən böyük şirkəti) indeksinin isə 13% azalması fonunda baş verib.

Qeyd edək ki, bu, 1987-ci ildən bəri qeydə alınan ən böyük itkidir.

Zərər çəkənlər sırasına daxildir:

– “Facebook” un təsisiçisi Mark Çukerberg: 8,8 milyard dollar itirib, sərvəti – 54,3 milyard dollar;
– “Microsoft” un sabiq rəhbəri Stiv Balmer: 6,9 milyard dolar itirib, sərvəti – 51,2 milyard dollar;
– “Oracle” şirkətinin təsisçisi Larri Elison: 6 milyard dollar itirib, sərvəti – 54,5 milyard dollar;
– “Microsoft” un təsisçisi Bill Qeyts: 5,8 milyard dollar itirib, sərvəti – 50,3 milyard dollar;
– “Berksihre Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffet: 5,5 milyard dollar itirib, sərvəti – 70,5 milyard dollar;
– “Google” un həmtəsisçisi Larri Peyc: 5,5 milyard dollar itirib, sərvəti – 50,3 milyard dollar;
– “Amazon” nun təsisçisi və rəhbəri Ceff Bezos: 5,3 milyard dolar itirib, sərvəti – 105,1  milyard dollar;
– “Google” un həmtəsisçisi Sergey Brin: 5,3 milyard dollar itirib, sərvəti – 48,5 milyard dollar;
– “Louis Vuitton” və “Dior” şirkətlərinin sahibi Bernar Arno: 4,5 milyard dolar itirib, sərvəti – 79,9 milyard dollar;
– Telekom-maqnat Karlos Slim: 3,7 milyard dollar itirib, sərvəti – 50,8 milyard dollar;

Dünyanın 20 ən zəngin adamının sərvəti bir ayda ümumilikdə 293 mlrd. dollara düşüb. Bu müddət ərzində ən çox sərvət itirən Bernar Arno olub.

Qeyd edildiyi kimi, milyarder Maykl Blumberg və Çarl və Culiya Koxun sərvəti azalmayıb. Hesablamalara görə, hal-hazırda Bloombergin sərvəti 50,9 milyard dollar, Kox ailəsinin sərvəti isə 40 milyard dollar təşkil edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...