Əsas səhifə Biznes Dünyanın 15 ən yaxşı Biznes Universiteti

Dünyanın 15 ən yaxşı Biznes Universiteti

3152
Paylaş
biznes universiteti

1. Harvard Business School (Harvard University)

YeriMassaçusets ştatı, Boston şəhəri, ABŞ
DeviziHəqiqət (Veritas)
SimvoluTünd qırmızı rəng
Fəaliyyətə başladığı il1908-ci il
ProqramlarıMBA, PhD, HBX (online) və edarəedici təhsil proqramları
ABŞ-ın ən qədim, dünyanın ən məşhur universitetlərindən biridir. U.S. News & World Report 2015 sıralamasında Harvard və Stanford Universitetlərini Biznes məktəbləri üzrə ilk yerlərdə sıralamışdır. Harvard Universitetinin adı  ingilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə Harvard adlandırılıb.  Con Harvard ölümündən sonra mülkünün yarısını və kitabxanasının 400 kitabını Universitetə bağışlayıb. Dünyaya ən çox Nobel mükafatı laureatı bəxş edən universitet Harvarddır.

2. Stanford Graduate School of Business (Leland Stanford Junior University)

YeriKaliforniya ştatı, Palo Alto şəhəri, Stanford bölgəsi, ABŞ
DeviziAzadlıq yeli əsir ( The wind of freedom blows)
SimvoluParlaq qırmızı və ağ rənglər
Fəaliyyətə başladığı il1925-ci il
ProqramlarıMBA, Master və PhD proqramları
ABŞ-ın və dünyanın ən prestijli universitetlərindən biridir. Stanford Universiteti Leland Stanford tərəfindən təsis edilmişdir. U.S. News & World Report 2015 sıralamasında Harvard və Stanford Universitetlərini Biznes məktəbləri üzrə ilk yerlərdə sıralamışdır. 59 Nobel laureatı Stanford Universiteti ilə bağlıdır.

3. The Wharton School (University of Pennsylvania)

YeriPensilvaniya ştatı, Filadelfiya, ABŞ
DeviziƏxlaq olmadan qanunlar işə yaramaz ( Laws without morals are useless)
SimvoluQırmızı və göy rənglər
Fəaliyyətə başladığı il1881-ci il
ProqramlarıBakalavr, MBA, PhD və bir sıra diplom proqramları
Pensilvaniya Universiteti Benjamin Franklin tərəfindən təsis edilmişdir. ABŞ-ın ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir. Universitetin Wharton Biznes məktəbi ABŞ-ın ilk biznes məktəbidir. Məktəb ən böyük qlobal tələbə şəbəkəsinə malikdir (təxminən 100.000 məzun). Məktəbin adı Josef Wharton adlı Filadelfiyalı biznes sahibinin adı ilə bağlıdır.

4. Sloan School of Management (Massachusetts Institute of Technology)

YeriMasaçusets ştatı, Kembridc, ABŞ
DeviziAğıl və Əl (Mind and Hand)
SimvoluQırmızı, boz və açıq boz rənglər
Fəaliyyətə başladığı il1914-cü il
ProqramlarıBakalavr, Master, MBA, PhD və idarəedici təhsil proqramları
Masaçusets Texnologiya İnstitutu William Barton Rogers tərəfindən təsis edilmişdir.81 Nobel laureatı İnstitutun adı ilə bağlıdır.

Bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri bu institutda əldə olunub.

Məktəbin adı General Motors-un prezidenti Alferd P. Sloanın adı ilə bağlıdır. Dünyada MBA proqramları üzrə ən çox seçilən məktəbdir.

5. Booth School of Business (University of Chicago)

Yeriİllionis ştatı, Çikaqo, ABŞ
DeviziBiliyi daha çox inkişaf etdirək; və beləcə insan həyatını zənginləşdirək (Let knowledge grow from more to more; and so be human life enriched)
SimvoluTünd qırmızı və ağ rənglər
Fəaliyyətə başladığı il1898-ci il
ProqramlarıMBA və PhD proqramları
Çikaqo Universiteti neft maqnatı və xeyriyyəçi John D. Rockefellerin yardımı ilə Amerikan Baptist Təhsil Cəmiyyəti tərəfindən təsis edilmişdir. 89 Nobel lauratı Universitetin adı ilə bağlıdır. ABŞ-ın 2-ci ən qədim Biznes məktəbidir. Məktəbin adı Amerikalı biznesmen David G. Booth adı ilə bağlıdır.

6. Columbia Business School (Columbia University)

YeriNew York , ABŞ
DeviziSənin işığında biz işıq görəcəyik (In Thy light shall we see light)
SimvoluGöy və ağ rənglər
Fəaliyyətə başladığı il1916-cı il
ProqramlarıBakalavr, Master, MBA, PhD və idarəedici təhsil proqramları
Böyük Britaniya kralı II George tərəfindən Kral Kolleci adı altında təsis edilmişdir. Amerikan İnqilab müharibəsindən sonra adı dəyişərək Kolumbiya kolleci olmuşdur. 101 Nobel laureatı Universitetin adı ilə bağlıdır. Kolumbiya Biznes məktəbi dünyanın ən qabaqcıl Biznes məktəblərindən biridir. ABŞ-ın ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir

7. Kellogg School of Management (Northwestern University)

Yeriİllionis ştatı, Evanston, ABŞ
DeviziRuhlandırıcı inkişaf (Inspiring Growth)
SimvoluBənövşəyi rəng
Fəaliyyətə başladığı il1908-ci il
ProqramlarıMBA, MBA+, MBA-JDMMM, PhD və MDİ proqramları
Universitet John Evans tərəfindən təsis edilmişdir (Evanston şəhərinin adı da John Evansın adı ilə bağlıdır). Kellogg məktəbinin Honk-Konqda, Tel Avivdə, Torontoda, Vallendar/Koblenzdə və Beijinqdə beynəlxalq mərkəzləri var. “Super Elit M7 Biznes Məktəbləri”nə daxildir. “Super Elit M7 Biznes Məktəbləri”nə Harvard, Stanford, Wharton, Sloan, Booth, Kolumbiya və Kellog Biznes məktəbləri daxildir.

8. London School of Economics and Political Science

YeriLondon, İngiltərə
DeviziHər şeyin səbəbini bilmək üçün (To Know the Causes of Things)
SimvoluBənövşəyi, qara və qızılı rənglər
Fəaliyyətə başladığı il1895-ci il
ProqramlarıMPhil, MRes, PhD, MPA, EMBA, Master və diplom proqramları
Fabian Şəbəkəsi üzvləri tərəfindən təsis edilmişdir. Sosial Elmlər üzrə qlobal liderdir. Dünyanın ən prestijli universitetləri arasındadır.Bəzən Britaniya universitetlərinin “Qızıl Üçbucağı”nın bir hissəsi kimi təsvir edilir. Birləşmiş Krallıqda adətən ən yaxşı universitetlər sırasında 3-cü yerdə olur.

9. London Business School

YeriLondon, İngiltərə
DeviziDünya biznesinə dərin təsir etmək üçün
(To have a profound impact on the way the world does business)
SimvoluGöy və qırmızı rənglər
Fəaliyyətə başladığı il1964-cü il
ProqramlarıMBA, EMBA, Master, PhD və idarəedici təhsil proqramları
Franks Report mövcud universitetlərin hissəsi kimi 2 biznes məktəbinin açılmasını tövsiyyə etdikdən sonra təsis edilmişdir (London Biznes Məktəbi və Mançester Biznes Məktəbi). 2006-cı ildə MBA və idarəedici təhsil verən bir mərkəzi də Dubayda fəaliyyətə başlamışdır.Financial Times-a görə MBA proqramları üzrə universitetlər arasında dünyada 1-ci yerdədir.

10. Tuck School of Business (Dartmouth College)

YeriNew Hampshire ştatı, Hanover, ABŞ
DeviziSəhrada ağlayan birinin səsi (The voice of one crying out in the wilderness)
SimvoluYaşıl rəng
Fəaliyyətə başladığı il1900-cü il
ProqramlarıMBA və idarəedici təhsil proqramları
Dartmouth Kolleci Eleazar Wheelock adlı nazir tərəfindən təsis edilmişdir. Biznes məktəbinin adı Dartmouth Kollecinin məzunu Amos Tuck-un adı ilə bağlıdır. ABŞ-ın ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir. MBA üzrə təhsil verən ilk təhsil müəssisəsidir

11. Yale School of Management (Yale University)

YeriConnecticut ştatı, New Haven, ABŞ
DeviziƏsrlərin yeni qaydası (A New Order of the Ages)
SimvoluGöy rəng
Fəaliyyətə başladığı il1976-cı il
ProqramlarıMBA, EMBA, MAM, PhD və idarəedici təhsil proqramları
Yale Universiteti bir qrup nazir tərəfindən təsis edilmişdir. ABŞ-ın 3-cü ən qədim təhsil müəssisəsidir. ABŞ-ın ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir. 52 Nobel laureatı Yale Universiteti ilə bağlıdır.

12. Haas School of Business (University of California)

YeriKaliforniya ştatı, Berkeley, ABŞ
Deviziİnnovasiya vasitəsilə rəhbər (Leading Through Innovation)
SimvoluGöy və qızılı rənglər
Fəaliyyətə başladığı il1898-ci il
ProqramlarıBakalavr, Master, MBA, PhD və idarəedici təhsil proqramları
Kaliforniya Universiteti Kaliforniya Kollecinin və Oaklandda Kənd Təsərrüfatı, Mədən-sənayesi və Mexaniki İncəsənət Kollecinin birləşməsi nəticəsində təsis edilmişdir. 72 Nobel laureatı Universitetlə bağlıdır.Haas Biznes Məktəbi ABŞ-ın 3-cü ən qədim biznes məktəbidir. Dünyanın ən prestijli biznes məktəblərindən biridir.

13. Saïd Business School (Oxford University)

YeriOxford, İngiltərə
DeviziLord mənim işığımdır (The Lord is my Light)
SimvoluGöy rəng
Fəaliyyətə başladığı il1996-cı il
ProqramlarıBakalavr, Master, MBA, DPhil proqramları
Oxford Universitetinin təsis olunduğu il dəqiq məlum deyil (1096-cı ildə tədrisin olduğu məlumdur) və Universitet ingilis dilli dünyanın ən qədim təhsil müəssisəsidir. Oxford Universiteti ən geniş universitet mətbuatı və akademik kitabxanaya sahibdir.Said Biznes məktəbinin adı Wafic Saïd adlı Səudi-Suriyalı millionerin adı ilə bağlıdır.

14. Fuqua School of Business (Duke University)

YeriŞimali Karolina ştatı, Durham, ABŞ
DeviziBilik və İnam (Knowledge and Faith)
SimvoluGöy və ağ rənglər
Fəaliyyətə başladığı il1969-cu il
ProqramlarıMaster, MBA və PhD proqramları
Duke Universtiteti metodistlər və kvakerlər (dini təriqət üzvləri) tərəfindən təsis edilmişdir. Universitetin adı James Buchanan Duke adlı tütün və elektrik enerjisi sənayeçisinin adı ilə bağlıdır.Fuqua Biznes məktəbinin adı biznesmen və xeyriyyəçi John Brooks Fuquanın adı ilə bağlıdır.

15. Institut Européen d’Administration des Affaires (INSEAD)

YeriFontainebleau, Fransa
DeviziDünya üçün biznes məktəbi (The Business School for the World)
Fəaliyyətə başladığı il1957-ci il
ProqramlarıMBA, EMBA, PhD və müxtəlif idarəedici proqramlar
Kapitalist və Harvard professoru Georges Doriot tərəfindən təsis edilmişdir. INSEAD Avropa Biznes Admistrasiyası İnstitutunun fransızca abbreviaturasıdır. Avropa, Əbu-Dabi və Sinqapurda mərkəzləri var.

 

Mənbə: Universal Education