Əsas səhifə Biznes Milyarder Dünyanın 100 ən dahi iş adamından biri türkdür

Dünyanın 100 ən dahi iş adamından biri türkdür

1072
Paylaş

Forbes jurnalı yaşayan 100 dahi iş adamı siyahısını tərtib edib. Siyahıdakı iş adamları arasında ABŞ-da yaşayan türk iş adamı Hamdi Ulukaya da yer alır.

Hamdi Ulukaya Türkiyənin ucqar bir kəndində dünyaya gəlib və ailəsi yoxsul olduğu üçün uşaqlıqdan işləmək məcburiyyətində qalıb. Dil öyrənmək üçün getdiyi Amerikada dil öyrənməklə qalmayıb həmçinin bir uğura da imza atıb. O, bazar dəyəri milyardlarla dollar olan Chobani şirkətinin qurucusudur. Hazırda Hamdi Ulukaya ABŞ-ın ən müvəffəqiyyətli 10 iş adamından biridir.

Bundan öncə Chobani şirkəti dünyanı dəyişdirən 50 şirkətdən biri kimi siyahıya düşmüşdü. Həmin siyahıda Chobani ilə yanaşı IBM, Apple, Ikea, Airbnb və Vodafone kimi nəhəng markalar da yer alıb.