Dünyanın ən zəngin TOP-5 qadını

Date:

Paylaş:

Müasir dünyada zəif cins hər gün daha çox imkanlar və hüquqlar əldə edir. Beləliklə, bu gün Fransada qadınlara qarşı qeyri-adi davranışlar üçün cərimə tətbiq olundu. Uzun müddətdir ki, onlar gəlir baxımından kişilərdən üstündürlər. Dünyanın ən zəngin qadınları Forbes reytinqinə görə nə qədər qazanır? Banker.az bu rəqəmləri bilmək üçün kömək edəcək.

Hər il Forbes jurnalı dünyanın ən zəngin insanlarının siyahısını tərtib edir. 2017-ci ildə 227 qadın iştirak edib – reytinq tarixindəki ən böyük rəqəmdir. Siyahıya başlıq edən zəif cinsin nümayəndələlirin yaşı artıq əllini keçib və birinci iyirmiliyin sərvəti  232 milyard dollar təşkil edir.

Nömrə beş

Lauren Powell Jobs, 53 yaş, ABŞ vətəndaşı. Sərvəti 20 milyard dollar dəyərində qiymətləndirilir.

O Apple təsisçisi Stiv Jobskeçmiş həyat yoldaşıdır. Lauren, bu şirkətin 5,5 milyon səhimlərinə və dünyanın ən böyük əyləncə oyunçularından biri olan The Walt Disney şirkətinin 7% payına sahibdir. Bu faiz onun sərvətinin tam yarısıdır.

Bu bizneswomen fəal həyat tərzi yaşayır, sponsor, elmi layihələrin müəllifi, İqlim İdarəetmə Şurasının üzvüdür.

Nömrə dörd

Susan Klutten, 56 yaşında, Alman. Sərvətinin ümumi məbləği 23 milyard dollardır.

Bu, Almaniyada ən varlı qadındır. O, atasının müəssisələrinin müəyyən payına malikdir- əczaçılıq şirkəti Altana və avtomobil şirkəti BMW. Hər iki şirkətin inkişafıyla  məşğul olaraq  Altananı  Almaniyada üçüncü ən  böyük şirkətə  çevirib.

Nömrə üç

Maria Franco Fissolo, 77 yaşında, İtaliya vətəndaşı. Sərvəti 25,2 milyard dollar səviyyəsində qiymətləndirilir.

Qənnadı məmulatları istehsalı üzrə Ferrero SpA şirkətin təsisçisi və şokolad pastası Nutellanın yaradıcısı Pyetro Ferreronun  atası   Mikele Ferreronun keçmiş həyat yoldaşı. Onun mirasına dünya şöhrətli markalar Kinder Chocolate, Ferrero Rocher, Tic Tacs, Kinder Yumurta daxildir.

Yaşıyla bağlı şirkətin idarəçiliyi ilə məşğul olmur, şirkətin idarə edilməsini  oğlu Giovanni Fissoloya əmanət edib.

Nömrə iki

Jacqueline Mars, 78 yaşında, Amerikalı. Sərvəti 27 milyard dollar səviyyəsində qiymətləndirilir.

Bir dünya şöhrətli Mars Inc. şirniyyat şirkətinin təsisçisi Franklin Marsın nəvəsi. Jacqueline müəssisənin işində iştirak edir və həmçinin Vaşinqton Milli Operanın  İdarə Heyətindədir.

Nömrə bir

Alice Walton, 68 yaşında, ABŞ vətəndaşıdır. Sərvəti 39,4 milyard dollar səviyyəsində qiymətləndirilir.

Alice, Walmart supermarket zəncirinin qurucusu Sam Walton’ın qızıdır. Ilk iş təcrübəsini iqtisadiyyat və maliyyə sahələrində müstəqil şəkildə yığmışdır. Yalnız müvafiq ixtisaslaşmanı alandan sonra atasının işindən tutmuşdur. Siyasi partiyaları maliyyələşdirir və incəsənətlə maraqlanır.

Beləliklə, Forbes reytinqində ilk 5 ən zəngin qadın ötən il 114,2 milyard dollar qazanmışdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...