Amerikalı tennisçi Serena Uilyams ardıcıl olaraq ikinci il dünyanın ən varlı qadın idmançısı olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə reytinqi tərtib edən Forbes nəşrinin saytında məlumat verilir.
2017-ci il ərzində idmançı 27 milyon dollar qazanıb. Bu məbləğə müxtəlif turnirlərdə mükafatlar və reklam və tədbirlərdə iştiraka görə gəlirlər daxildir.
Siyahıda ikinci yerdə almaniyalı tennisçi Anqelik Kerber (12,6 milyon dollar), üçüncü amerikalı pilot Danika Patrik (12,2), dördüncü pillədə isə UFC versiyası üzrə ən yüngül çəkidə dünya çempionu Ronda Rouzi (11) qərarlaşıb.
İlk beşliyi Serena Uilyamsın böyük bacısı Vinus bağlayıb (10,5 milyon dollar).