Dünyanın ən zəngin insanlarının yaşadığı şəhər sürətlə kasıblayır

Date:

Paylaş:

ABŞ da Sietl şəhəri yaxınlığında Medinə adlı şəhərcik yerləşir. Burada milyon dollarlıq dəyəri olan malikanələr inşa edilib. Bu şəhərdə digər varlı insanlarla yanaşı dünyanın ən zəngin insanları Amazon.com və Microsoft un sahibləri Ceff Bezos və Bil Gates də yaşayır.

Lakin bütün bunlara baxmayaraq şəhərin büdcəsi pulsuz qalıb. Buna səbəb isə vergi sistemidir. Belə ki, şəhərin gəlirləri, saxlanılmasına bəs etmir.

Medinədə yerləşən mənzillərin qiyməti şəhərin büdcasinə daxil olan pulların sürətindən və məbləğindən daha sürətlə artır.

Şəhər vergisinin artırılmasına gəlincə isə mümkün deyil. Belə ki, verginin artırılması üçün əhali arasında ildə bir dəfə keçirilən səsvermədə artırlma barədə qərar qəbul edilməlidir

Medinənin şəhər maliyyə direktoru Julie Ketterin sözlərinə görə, Medinə üçün malların vergi dərəcəsi bir evin təxmin edilən dəyərinin  min dollara görə 7,92925 dollardır. Yəni burada əmlak vergisinin miqdarı faizlə deyil, dərəcə olaraq təyin olunur.

Ketterin sözlərinə görə, bu məbləğdən yalnız 0,63486  dolları Medinə şəhərinin büdcəsinə keçir. Digər 2,42782 ABŞ dolları yerli məktəblərə,  0,12266 dollar limana,  1,21906 dollar əyalətə,  0,37441 dollar kitabxanaya, 0,21762 dollar təcili xidmətə , 0.09660 dollar daşqın fonduna,  0 , 20 dollar -i regional tranzit və 2,6992 min dolları – regional dövlət məktəbi fonduna xərclənir.

Ketterin sözlərinə görə şəhərdə ən bahalı ev 131,239 milyon dollar dəyərində ölçülür. Bu evin Bill Geytsə məxsus olduğu bildirilir.

Evdə 24 vanna otağı var. Bu evə görə, 1 040 627 dollar vergi ödənilir ki, bunun da 83,318 şəhər büdcəsinə daxil edilir.
Medinədə evlər elə bahadır ki, burada evlərin orta qiyməti 2 milyon dollar təşkil edir. Beləliklə, 2019-cu ildə Medina yalnız əmlak vergilərinə 2,8 milyon dollar verəcək. Verginin 1% artması əlavə xərcin 28 min dollar artması deməkdir ki, bu da artan xərcləri ödəmək üçün kifayət deyil.

Şəhər bülletenində qeyd olunur ki, yalnız 2019-cu ildə yalnız yanğından mühafizə xidməti iki dəfə artıb.

Medina şəhərində mülkiyyət vergilərinə təklif olunan 2,5%lıq artım  hər min dollara görə 20 sent vergi məbləğini artıracaqdır.
2020-ci ildə 2 milyon dollar dəyərində bir ev üçün 400 dollar əlavə və 2025-ci ildə isə hər ilə görə, 589 dollar hər evə görə vergi artmış olacaq. Şəhərin əmlak vergisini artırmadan işə davam edəcəyi təqdirdə, isə 2020-ci ilə qədər 500 min dollarlıq bir çatışmazlıq olacaq və 2025 –bu çatışmamazlıq 3,3 milyon dollara çatacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...