Dünyanın ən zəngin adamlarından biri öz biznesini bir qadına vermək istəyir

Date:

Paylaş:

Fast Retailing riteyl-şirkətinin qurucusu və Uniqlo mağazalar şəbəkəsinin sahibkarı Tadashi Yanai öz biznesini bir qadına vermək istəyini bildirib. Bu barədə o, 4 sentyabrda Bloomberg-ə verdiyi müsahibəsində açıqlama verib.

Milyarderin sözlərinə görə, qadınlar detallara daha çox diqqətlidirlər. Yanai ümid edir ki, Fast Retailing-in əməkdaşlarının 50%-dən çoxu qadınlar olacaq.

Agentlik bildirir ki, hal-hazırda şirkətdə altı rəhbər vəzifəni qadınlar tutur. İş adamının varisi isə Uniqlo-nun Yaponiya rəhbəri Maki Akaida ola bilər.

Tadashi Yanai Yaponiyada ən zəngin iş adamıdır. Forbes onun sərvətini 22,2 milyard dollar dəyərləndirir, dünya reytinqində isə o, 41-ci yeri tutur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...