Dünyanın ən zəngin on adamının “qara cüməsi”: Bir günə 14 milyard itirdilər

Date:

Paylaş:

Dünyanın ən zəngin on adamı cümə günü 14 milyard dollar zərərə uğrayıb.

RİA Novosti” xəbər verir ki, buna səbəb ABŞ və Çin arasında ticarət müharibəsinin kəskinləşməsi fonunda dünya birjalarının eniş yaşamasıdır.

Ən çox itkiyə məruz qalan şəxs “Amazon” şirkətinin rəhbəri və qurucusu Ceff Bezosdur. Onun sərvəti bir gün ərzində 3,25 milyard dollar azalıb.

Şirkət rəhbərinin ilin əvvəlindən itkiləri 15,7 milyard dollar təşkil edib. Bununla belə, C.Bezos 109 milyard dollarlıq sərvətlə dünyanın ən varlı insanı olaraq qalır.

“Facebook”un qurucusu Mark Zukerberq, “Microsft”un təsisçisi Bill Qeyts, “Google – Alphabet Inc.” şirkətinin həmtəsisçiləri Larri Peyc və Sergey Brin, “Oracle”ın həmtəsisçisi Larri Ellison, “Berkshire Hathaway” investisiya firmasının başçısı Uorren Baffetin zərərləri isə 1,3-dən 1,8 milyard dollaradək təşkil edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...