Dünyanın ən yaxşı restoranının adı açıqlanıb

0
966
Fransada dünyanın ən yaxşı restoranının adı açıqlanıb.

Report-a istinadən xəbər veririk ki, Fransanın “La Liste” təşkilatı tərəfindən tərtib olunmuş reytinq siyahısına dünyanın 1000 ən yaxşı müəssisəsinin adı daxil edilib.

Bu il ən yaxşı restoran tituluna Fransanın öz şef və sahibinin adını daşıyan “Gi Savoya” müəssisəsi layiq görülüb. Bu restoran mümkün 100 baldan 99,75-ni alıb. Müəssisənin həmçinin üç Mişlen ulduzu var.

İkinci yerdə 99,5 bal ilə Yaponiyanın paytaxtı Tokioda yerləşən “Kyo Aji” restoranı, üçüncü yerdə isə nyu-yorklu şef Erik Ripertin “Le Bernardin” dəniz mətbəxi restoranı (99,5 bal) qərarlaşıb.

“La Liste”nin reytinqi məlumat bazası əsasında tərtib olunur. Bazaya müəssisələr haqqında rəy toplayan 300 resurs daxildir.