Yaponiya vizasız səyahət imkanı baxımından dünyanın ən avantajlı ölkəsidir.
“Bizplus.az” xəbər verir ki, “Henley Pasport İndeksi”nə görə, Yaponiya pasportu ilə 191 ölkə ilə vizasız səyahət etmək mümkündür.
Siyahıda ikinci yerdə 190 ölkə ilə Sinqapurdur.
Beynəlxalq Hava Nəqliyyatı Birliyinin (IATA) məlumatlarına əsasən hazırlanan siyahıya görə, Cənubi Koreya və Almaniya pasportları ilə 189 ölkəyə, İtaliya və Finlandiya pasportları ilə 188 ölkəyə, İspaniya, Lüksemburq və Danimarka pasportları ilə 187 ölkəyə vizasız səyahət etmək mümkündür.
Azərbaycan 2019-cu ildə İndeksdə 76-cı yeri tutub. Azərbaycan vətəndaşları vizasız 67 ölkəyə baş çəkə bilərlər.