“L’Oreal” korporasiyasının şəriki və Amerikanın “Forbes” jurnalının versiyasına görə dünyanın ən zəngin qadını olan Lilian Bettankur 94 yaşında vəfat edib.
“Marja” xəbər verir ki, bu barədə cümə axşamı “Franc-Press” məlumat yayıb.
“Lilian Bettankur öz evində dünyasını dəyişib”, – deyə agentlik sahibkarın qızının sözlərini sitat gətirib.
Forbes jurnalı Lilian Bettankurun sərvətini 44,7 mlrd. həcmində qiymətləndirir, dünyada ən zəngin qadın idi. Onun ailəsi L’Oreal-ın 33,1% səhminə malikdir. O dünyanın ən varlı adamları siyahısında 14-cü yeri tuturdu.