Dünyanın ən varlı aktyorları – 2016

Date:

Paylaş:

Forbes jurnalı dünyanın ən varlı aktyorları siyahısını hazırlayıb.

8. Tom Hanks (350 milyon dollar)

Şübhəsiz ki hər rolun öhtəsindən layiqincə gələn aktyor bu sərvətə də layiqdir. 350 milyon dollarlıq sərvətiylə dünyanın ən varlı aktyorları sırasında iştirak edən Hanks yaşının çox olmasına baxmayaraq rekord qıran filmlər Yaşıl Yol, Da Vinçinin Şifrəsi və əlbəttə ki əfsanəvi Forrest Gump filmləri ilə izləyicilərini heyran qoymağı bacarıb. Ümumiyyətlə uğurlu işlərə imza atan aktyor bu işin öhtəsindən gəldiyini dəfələrlə sübut etmiş biridir.

7.Clint Eastwood (375 milyon dollar)

Kino tarixinin əvəzedilməz aktyoru Clint Eastwood qədər məşhur olan çox az aktyor var. Hollywoodda bir əfsanə kimi tanınan Eastwood illərini verdiyi kino sektorundan bu günə qədər 375 milyon dollarlıq sərvət toplayıb. 1930-cu ildə doğulan Eastwood fərqli və qəribə işlərlə məşğul olaraq bu günlərə qədər gəlməyi bacarıb. Aktyorluqdan əlavə rejissorluqla da özünü sınayan aktyor Oscar Mükafatlı Sniperin də rejisorluğunu edib.

6.Jack Nicholson (390 milyon dollar)

Qu quşu, Köstəbək, Batman, İndi ya da heç vaxt kimi filmlərin yaddaşlara həkk edilməsində böyük rolu olan aktyor Jack Nicholson da eynilə Eastwood kimi illərini kinoya həsr edən aktyordur. Təsirli və çətin bir uşaqlıq keçirən Nicholson hazırda dünyanın ən varlı insanlardan biridir.

5.Amitabh Bachchan (400 milyon dollar)

Varlı və məşhur aktyorlar yalnız Hollivuddan çıxmır. “Big B” ləqəbiylə tanınan 73 yaşındakı Hindli aktyor yalnız aktyorluq deyil həm də bir çox Bollywood filmlərinin produserliyini və rejissorluğunu da edib. 1969-ci ildən bəri sektorunda fəaliyyət göstərir.

4. Johnny Depp (400 milyon dollar)

Son zamanlarda qalmaqallı həyatıyla gündəmdən düşməyən Johnny Depp belə demək olarsa Hollywoodun min bir üzlü aktyorlarından biridir. İştirak etdiyi filmlərində rollara asanca adaptasiya olan və bir-birindən fərqli qəhrəmanlara həyat verən Depp sektorun ən məşhur və ən uğurlu aktyorlarından biridir. 15 yaşında müğənni olmaq ümidiylə məktəbi atıb məşhurluq yolunda irəliləyən Depp daha sonra həyat yoldaşının sayəsində məşhur Nicolas Cage ilə tanış olaraq Elm Küçəsi Kabusu filmində iştirak edir. Özünü çox inkişaf etdirməyi bacaran Johnny Depp milyard dollarlıq dövriyyəsi olan Karib dənizinin quldurları və Wonderland ilə Alice kimi filmlərdə də baş rollarda oynayıb.

3.Tom Cruise (480 milyon dollar)

480 milyon dollar bir aktyor üçün olduqca yüksək bir qazanc kimi görünsə də müvəffəqiyyətli aktyorlardan biri olan və gəncliyini kino dünyasına fəda edən Tom Cruise bu sərvətə sonuna qədər layiqdir. Kino dünyasında illik qazancı ən yüksək ulduzlar arasında olan Cruise təkcə 2006-ci ildə qazandığı 67 milyon dollar ilə Forbes jurnalında dünyanın ən güclü məşhuru seçilməyi bacarmışdı.

2.Shahrukh Khan (600 milyon dollar)

Uşaqlığından bəri uğurlu olacağı düşünülən Shahrukh Khan şöhrəti ilə birlikdə qazancını da sürətli bir şəkildə artıraraq 600 milyon dollarlıq sərvətə sahib olmağı bacarıb. İnanılmaz dərəcədə əla şagird olan Khan ən azı 72 Bollywood filmində rol alıb və hələ də daha keyfiyyətli filmlərdə iştirak etməyə davam edir. Hind kinosunun ən məşhur aktyoru Khan yalnız kinoda deyil UNESCO və Fransız hökuməti tərəfindən də təltif olunmuşdur. Aktyor, prodüser, iş adamı və çox köməksevər bir məşhur olan Shahrukh Khan dünya səviyyəsində ən çox sevilən aktyorların biridir.

1.Jerry Seinfeld (820 milyon dollar)

Təxminən 1 milyard dollarlıq sərvətə sahib olan Jerry Seinfeld üstün zəkasını illər içərisində fərqli seriallarda və filmlərdə istifadə edərək inanılmaz bir müvəffəqiyyətə imza atıb. 1954-cü il təvəllüdlü Seinfeld New Yorkda müxtəlif klublarda standupçı kimi fəaliyyət göstərib. Zaman keçdikcə televiziya tarixinə damğa vuracaq bir layihə yaratdı və Seinfeld serialıyla məşhurluğuun zirvəsinə qalxdı. 1989-cu ildən göstərilən serialda aktyor hər seriya bölümündən inanılmaz dərəcədə böyük məbləğlər qazanır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...