Dünyanın ən varlı adamlarının siyahısında dəyişiklik olub.
“Bizplus.az” xarici KİV-ə istinadla bildirir ki, “Forbes”in yeni reytinqinə görə neçə müddətdir ikinci olan “Microsoft”un qurucusu Bill Qeyts bu dəfə mövqeyini itirib. Onun yerini moda ticarəti ilə məşğul olan LVMH (Louis Vuitton Moet Hennessy) korporasiyasının rəhbəri 70 yaşlı Bernar Arno tutur.
Birinci yerin sahibi isə dəyişməz qalıb. O, yenə “Amazon” şirkətinin rəhbəri Ceff Bezos tutur. Onun var-dövləti 112,4 milyard dollar qiymətləndirilir.