Dünyanın ən varlı 500 iş adamı arasında olan yeganə azərbaycanlı kimdir?

Date:

Paylaş:

Rusiya zənginləri 2019-cu il daxil olduqdan bəri 28,316 milyard dollar varlanıblar.

Bu barədə “Bloomberg Billionaries İndex” (BBİ) reytinq cədvəli açıqlayıb. Rusiyalı varlılar arasında dünyanın ən zəngin azərbaycanlısı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov da var. Yanvar ayında bəri sərvətini daha 2,13 milyard dollar artıran iş adamının 18,2 milyard dollar pulu var. O bu göstərici ilə dünyanın 100 zəngini arasında 54-cüdür.

Dünyanın ən varlı iş adamı “Amazon” şirkətinin prezidenti Cef Bezosdur. Amerikalının 111 milyard dollar pulu var. Bu,  yanvar ayı ilə müqayisədə 14,1 milyard dollar azdır. Varidatını 16,4 milyard dollar artıran “Microsoft”un keçmiş sahibi Bill Geyts 107 milyard dollar sərvətlə 2-ci pillədə qərarlaşıb.
Fransanın ən zəngin iş adamı Bernard Arno isə 27,6 milyard dollar varlanaraq, 96,2 milyard dollar gəlirlə “üçlüyü” qapadır.

İş adamı Uorren Baffet 79,7 milyard dollarla 4-cü , “Facebook”un yaradıcısı Mark Zukerberq isə 72,4 milyard dollarla fəxri 5-ci pillənin sahibidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...