1,6 milyard istifadəçisi olan “WhatsApp” dünyanın ən populyar mesajlaşma tətbiqi adını qazanıb.
“HaberGlobal”ın məlumatına görə, bu barədə “Ajans Press” media izləmə qurumu araşdırma aparıb.
İkinci yerdə 1,3 milyard istifadəçisi olan “Facebook Messenger” qərarlaşıb, üçüncü isə 1,1 milyard istifadəçiyə sahib “Wechat” olub.
Qurum sosial şəbəkələrlə bağlı mətbuatda yayılan xəbərləri də təhlil edib. Məlumata görə, ötən il sosial şəbəkələrlə bağlı mətbuatda 137 258 xəbər dərc olunub ki, bunlardan 7 515-i “Whatsapp”la bağlı xəbərlər olub.