Dünyanın ən kiçik telefonu təqdim edilib

Date:

Paylaş:

Dünyanın ən kiçik telefonu artıq “Zanco Tiny T2″dir. Bir USB flaş kart böyüklüyündəki cihaz indiyədək ən kiçik telefon hesab edilən “Palm”ı “taxtından” salıb.

“Bizplus.az” xəbər verir ki, hələ telefonun kütləvi istehsalına başlanmayıb. İstifadəçilərin layihələrinə maliyyə cəlb etmələrinə vasitəçilik edən “Kickstarter” adlı platforma üzərindən sifarişlərin qəbuluna başlanıb.

“Zanco Tiny T2” telefonu 3G, radio, qulaqlıq girişi, Bluetooth və 0,3 MP-lik bir kameraya malikdir.

Bir dəfə enerji yığmaqla 7 günə qədər istifadə imkanı təqdim edən cihaz, 6,96 sm uzunluğa, 2,99 sm enə malikdir. Çəkisi isə 31 qramdır.

“Zanco Tiny T2” əvvəldən yüklənmiş bir neçə oyuna və 32 GB-ə qədər microSD kart dəstəyinə sahibdir.

Cihazın satış qiymətinin 79 dollar olacağı bildirilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...