Dünyanın ən iri qanuni cəmiyyətli interaktiv fitnes-platforması Peloton Interactive-in (PTON) 26 sentyabrda IPO-ya çıxacağı gözlənilir. Şirkətdə 1,4 milyondan çox adam var.
Bizplus.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin biznes-modeli iki əsas seqmentə bölünüb. Onlar 2200-4800 dollar qiymət aralığında velotrenajorlar və qaçış dəhlizləri satışı ilə məşğuldurlar. Həmçinin, öz trenajorlarında display vasitəsilə 39 dollara interaktiv təlimlərdə iştirak təklif edir.
Peloton bazarda yüksək rəqabətə malikdir və buna baxmayaraq, 30 iyunda başa çatan maliyyə ilində yaxşı nəticələr göstərə bilib. Peloton-un satışları 110% artıb və 915 milyon dollar çatıb. Şirkət 1,4 milyon izləyici yığa bilib.
Bununla yanaşı şirkətin xalis gəliri keçən ilki 47,9 milyon dollarlıq göstəricidən bu il 245,7 milyn dollar çatıb.
Şirkətin abunə modeli var, buna görə də lap əvvəldən onlar SaaS dəyərləndirmə modelinə qoşula bilirlər. Bu da ümumilikdə 110% gəlir artımı ilə IPO-nu ,çox cəlbedici edir.