Asiya ölkələri, dünyanın ən böyük ticarət razılaşması ola biləcək potensial razılaşma ilə bağlı yekun danışıqlar aparıblar.
Bizplus.az xəbər verir ki, bu barədə Tayland Hökumətinin verdiyi bəyanatda bildirilir.
Məlumata görə, ABŞ-Çin ticarət müharibəsinin təsiri ilə başlayan Çinlə birlikdə 16 ölkənin daxil olduğu Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq (RCEP) üçün bazar ertəsi razılaşma əldə edəcəyinə ümid edilirdi, lakin son anda Hindistanın səsləndirdiyi tələblər Cənub-Şərqi Asiya Millətlər Birliyinin (ASEAN) Bangkokda keçirilən sammitində danışıqların uzadılmasına səbəb olub.
Açıqlamaya görə, Hindistanın narahatlıqlarına baxmayaraq Bangkokdakı sammitdə müsbət irəliləyişlərlə bağlı açıqlama verilə biləcəyi qeyd olunub.
Xatırladaq ki, “RCEP” 10 üzv (İndoneziya, Malayziya, Sinqapur və s.) və 6 tərəfdaş (Çin, Yaponiya, Hindistan və s.) ölkələrdən ibarətdir.