Samsung şirkəti 2020-ci il Qış Olimpiya Oyunlarına 500 gün qalmış yeni böyük mağazasını açıb. Mağazanın fasadı Galaxy smartfonları ilə işıqlandırılmışdır, ixbt.com yazır
Doqquz mərtəbəli monolitik şüşə binası, 1000 ədəd Galaxy smartfonu ilə bəzədilib.
Bu mağaza yalnız Yaponiya üzrə deyil, dünya üzrə ən böyük mağaza sayılır.
Binanın dizaynı dünyada öz sahəsi üzrə tanınmış mütəxəssislərdən biri olan Yapon ekspert Tokyujin Yoshioka tərəfindən hazırlanmışdır.
Korporasiyanın dediyinə görə, bu dizayn şirkətin gələcək texnologiyalar ilə bağlı təsəvvürlərini ifadə edir.