Dünyanın ən böyük hava limanı sentyabrın sonlarında istifadəyə veriləcək

Date:

Paylaş:

Çinin paytaxtı Pekin şəhərinin mərkəzindən cənubda yerləşən yeni Dasin Beynəlxalq Hava Limanı 2019-cu il sentyabrın 30-dək istismara veriləcək.

Yerli KİV-in məlumatına görə, Pekinin yeni aeroportu ulduz şəklində inşa edilmiş ilk hava limanıdır. Qeyd olunur ki, ulduz şəklində dizayn reyslərə qeydiyyatı və sərnişinlərin transferini sürətləndirməyə imkan verəcək. Belə ki, mərkəzi zona ilə minik üçün ən uzaq qapılar arasındakı məsafə maksimum 600 metrdir. Bu isə Asiya və Avropanın digər hava limanlarına nisbətən daha azdır. Dasində baqajın verilməsi də digər hava limanlarına nisbətən daha sürətli olacaq.

Hazırda Dasinin infrastrukturunun tikintisi artıq başa çatıb. Açılış zamanı terminalın sərnişin buraxıcılıq qabiliyyəti ildə 45 milyon nəfər olacaq. 2025-ci ilə qədər bu rəqəmin 72 milyona çatdırılması planlaşdırılır.

Hava limanının Çinin və dünyanın ən böyük inteqrasiya nəqliyyat mərkəzi olacağı gözlənilir. Aeroportun inşa xərcləri 80 milyard yuan (13,1 milyard dollar) səviyyəsində qiymətləndirilir və bu, layihənin Çinin mülki aviasiya tarixində ən bahalı olduğunu göstərir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...