Dünyanın ən böyük CRM-i bir nömrəli analitika platformasını satın alır

Date:

Paylaş:

Bulud əsaslı müştəri əlaqələri proqramı şirkəti “Salesforce”, “Netflix”ə də xidməti göstərən məlumat analitikası şirkəti “Tableu Softwares”i 15.7 milyard dollara satın alır. Bu satınalma, əməliyyat texnologiyası sahəsində ən böyük 10 satınalmadan biri olacaq.

2022-ci ildə 1.8 trilyon dollarlıq bir həcmə çatması gözlənilən rəqəmsal sahəsindəki fürsətlərə fokuslanan dünyanın ən böyük müştəri əlaqələri menecmenti (CRM) şirkətlərindən olan ABŞ-ın “Salesforce” şirkəti, böyük məlumat (Big Data) şirkəti “Tableau Softwares” şirkətini satın alır.

Tərəflər arasındakı razılaşmaya görə, “Salesforce”, “Tableau Software” səhmlərinin hamısı üçün 15.7 milyard dollar  ödəyəcək.

Satınalma razılaşmasının bu ilin 3-cü rübündə tamamlanması gözlənilir.

“Salesforce”ın İdarə heyətinin sədri Marc Benioff, “Dünyanın bir nömrəli CRM-ini, bir nömrəli analitika platforması ilə bir araya gətiririk. “Tableau” insanların məlumatları və “Salesforce” də insanların müştəriləri anlamasına kömək  olur. Müştərinin dünyasını anlamaq üçün ehtiyac duyduğu bu iki platformanı bir araya gətiririk” deyib.

Satınalma ilə əlaqədar olaraq “Tableau”nun direktoru Adam Selipsky isə “Güclərimizi birləşdirmək, müştərilərin məlumatları görməsinə və anlamasına kömək etmək qabiliyyətimizi artıracaq” deyib.

“NETFLIX” DƏ ONU İSTİFADƏ EDİR

Aralarında “Charles Schwab”, “Verizon”, “Schneider Electric”, “Southwest” və “Netflix” kimi şirkətlərin də olduğu və  dünya üzrə 86 min korporativ müştərisi olan məlumat analitikası şirkəti “Tableau Software” 2003-cü ildə qurulub.

“Big data” ilə bərabər məlumat analitikası və məlumat vizuallaşdırma sahəsində ixtisaslaşan ABŞ şirkətinin 4 min 200 işçisi var. Bazar dəyəri 14.4 milyard dollar olan “Tableau Software” 2018-ci ildə 1.1 milyard dollarlıq gəlir əldə edsə də, ili 77 milyon dollar zərərlə bağlayıb.

SƏHMLƏRİ 33% BAHALAŞIB

1999-cu ildə qurulan “Saleforce”nin isə 35 min işçisi var. Bazar dəyəri 120 milyard dollar olan bulud əsaslı müştəri əlaqələri proqramı şirkəti “Salesforce”, keçən il gəlirlərini 26% artıraraq 13 milyard dollara qaldırıb. “Tableau Software”ni satın almasının ardından şirkətin gəlirlərinin 2020 maliyyə ilində 350 milyon dollar ilə 400 milyon dollar arasında artması gözlənilir.

Satınalma əməliyyatının açıqlanmasının ardından ABŞ-da Nyu York Birjasında ticarət olunan “Salesforce”un səhmləri 5.2% ucuzlaşıb, “Tableau Software”nin səhmləri isə 33% dəyər qazanıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...