Çinin Pekin şəhərində dünyanın ən böyük beynəlxalq hava limanı – “Dasin” istifadəyə verilib. “Dasin” ilk reyslərini sentyabrın 25-də (bu gün) qəbul edəcək.
Qeyd edilir ki, “Dasin” Çinin vətəndaş aviasiyası tarixində ən bahalı layihədir. Hava limanının tikintisinə 80 milyard yuan xərclənib.
Hava limanı şəhər mərkəzindən 46 kilometr aralıqda yerləşir. Onun ümumi sahəsi 1 milyon kv.m təşkil edir.