Dünyanın ən böyük almazı “Lesedi la Rona” 53 milyon dollara satılıb

Date:

Paylaş:

Britaniyalı zərgər Lourens Qraff dünyanın ən böyük almazı sayılan “Lesedi la Rona”ya sahib olub. O, çəkisi 1109 karat olan almaza 53 milyon dollar ödəyib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, 2016-cı ilin iyun ayında tennis topu ölçüsündə olan almaz Sotheby’s hərracında 61 milyon dollara satılıb. 2016-cı ilin may ayında isə 813 karatlıq “Constellation” almazı 63 milyon dollara alıcı tapıb. Bu ilin aprel ayında isə alıcılar çox nadir rast gəlinən çəhrayı “Pink Star” brilyantını 71,2 milyon dollar həcmində qiymətləndirərək yeni rekord müəyyən ediblər.

Xatırladaq ki, “Lesedi la Rona” almazı 2015-ci ilin noyabr ayında Botsvanada, Kanadanın “Lucara Diamond Corp” kompaniyasına məxsus “Karowe” yatağında aşkarlanıb. Qiymətli daşın adının tərcüməsi “Bizim işıq” mənası verir.

“Lesedi la Rona” hazırda dünyanın ən böyük almazı sayılır. O, bu göstəriciyə görə yalnız 1905-ci ildə tapılan və ilkin çəkisi 3106 karata çatan, lakin sonradan bir çox hissələrə parçalanan “Cullinan” almazından geri qalır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...