Dünyanın ən bahalı şirkətlərinin yeni reytinqi

0
1080

“The İnvestor” nəşri yeni bank məlumatlarına əsaslanaraq, dünyanın ən varlı şirkətlərinin bazar kapitallaşması reytinqini tərtib edib.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, reytinqin lideri “Apple” şirkəti olub. Onun bazar kapitallaşması təxminən 800 milyard dollar təşkil edir. İkinci və üçüncü yerləri müvafiq olaraq “Google” və “Microsoft” şirkətləri tuturlar.

İlk onluğa həmçinin Çinin “Alibaba” alış-veriş portalı və “Industrial and Commercial Bank of China” nəhəng kommersiya bankı da daxil olub. Ən yaxşı şirkətlərin yüzlüyündə isə 50-dən artıq Amerika şirkəti, həmçinin 13 Çin, 6 Almaniya və 5 Fransa şirkətinin adları mövcuddur.

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti isə dünyanın ən bahalı şirkətləri siyahısında 15-ci yerdən 18-ci yerə düşüb. Son bir il ərzində “Samsung Electronics”in bazar kapitallaşması 16 faiz artıb. Ancaq bu, müvafiq reytinqdə öz mövqeyini daha da yaxşılaşdırmağa kifayət etməyib.

Maliyyə analitikləri iddia edirlər ki, bir çox xarici şirkətlərin bazar kapitallaşması dəyər qazanıb ki, orada da trendlər ancaq üzü yuxarı gedir.