Dünyanın ən bahalı İT şirkətləri

Date:

Paylaş:

ABŞ-ın Forbes məşhur maliyyə-iqtisadi jurnalı “Dünyanın ən bahalı 100 şirkəti” araşdırmasının 2017-ci il nəticələrini açıqlayıb.

Bu il ən qiymətli 100 şirkətin məcmu dəyəri 1,95 trln. dollar təşkil edib.

Jurnalın araşdırmasına görə,  bu il qiymətini nisbi olaraq ən çox artıran markalar Amazon, Facebook və Starbucks, ən çox itirən isə IBM, HSBC və Caterpillar olub.

Reytinqdəki ilk sırada yer alan şirkətin adı isə dəyişməyib. Bu, 170 mlrd. dollar dəyərində olan ABŞ-ın Apple şirkətidir. İkinci sırada Google (101,8 milyard dollar), üçüncü sırada isə Microsoft (87 milyard dollar) yer alıb. Dördüncü sıraya yüksələn Facebook-un qiyməti 73,5 milyard dollar, 5-ci sırada isə Coca-Cola (56,4 milyard dollar) qərarlaşıb.

ABŞ-dan olmayan ən qiymətli şirkət isə 8-ci sırada yer alan Yaponiyanın Toyota şirkəti (41,1 milyard dollar) olub. Cənubi Koreyanın Samsung şirkəti (38,2 milyard dollar) isə 10-cu sırada yer alıb.

©Report

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...