Dünyanın ən bahalı şəhəri haradır?

Date:

Paylaş:

“Mercer” məsləhət şirkəti, hər il həyata keçirdiyi “Yaşayış Xərci Araşdırması”nın nəticələrini açıqlayıb. 

Xaricdəki çalışanlara ödənəcək maaşlar məsələsində hökumətlər və transmilli şirkətlərə yardım edən “Mercer Yaşayış Xərci Araşdırması” 5 qitədə 209 şəhərdə aparılıb.

ƏN BAHALI ŞƏHƏR HONQ KONQDUR

Hər şəhərdə mənzil, nəqliyyat, ərzaq, geyim, ev əşyası və əyləncə daxil olmaqla 200-dən artıq məhsul və xidmətin qiymətləri nəzərə alınıb. Araşdırmaya görə, dünyada ən bahalı şəhər Honq Konq, ən ucuz şəhər (yaşayış xərcinin ən aşağı olduğu şəhər) isə Tunisdir (siyahıda sonuncu – 209-cu yeri tutub).

Honq Konq sonra Tokio, Sinqapur, Seul və Sürix ən bahalı şəhərlərdir.

Tunisdən sonra Daşkənd və Karaçi isə ən ucuz şəhərlərdir.

Ən bahalı 10 şəhərdən 8-i Asiya şəhəridir və xaricdə işləyənlər üçün dünyanın ən bahalı şəhərləridirlər.

Azərbaycanın paytaxtı Bakı siyahıda 178-ci yerdədir. Bakı dünyada ən ucuz 31-ci şəhərdir.

Qonşu Gürcüstanın paytaxtı Tbilisi dünyanın ən ucuz 10 şəhərindən biridir.

Siyahıda 9-uncu yeri tutan Nyu York Amerikanın ən bahalı şəhəridir.

Kanadanın ən bahalı şəhəri Vankouverdir.

Cənubi Amerikada isə Uruqvayın Montevideo şəhəri ən bahalı şəhərdir. Manaqua isə Cənubi Amerikanın ən ucuz şəhəridir.

Yaşayış Xərci Araşdırmasının 2019 nəticələrinə görə, təkcə bir Avropa şəhəri ən bahalı şəhərlər arasında ilk 10-da yer alıb. 5-inci yeri tutan Sürix Avropadakı ən bahalı şəhərdir. Növbəti bahalı şəhərlər Bern, Cenevrə, Moskva, Praqa və Varşavadır.

Ən bahalı şəhərlərin siyahısı
Ən bahalı şəhərlərin siyahısı

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...